Əli qandallı kşi

Ukraynada millət vəkilini döydü, Bakıda tutuldu

92
(Yenilənib 23:06 05.05.2018)
Hücumun dördüncü iştirakçı hadisədən 20 dəqiqə sonra bilet alaraq, 2,5-3 saatdan sonra Bakıya uçub

BAKI, 5 may — Sputnik. Ukrayna Ali Radasının deputatı, Krım tatarı Mustafa Nayemə hücum etmiş şəxslərdən biri Azərbaycanda tutulub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ukrayna daxili işlər naziri Arsen Avakov bildirib.

Avakovun sözlərinə görə, hücum edənlərdən üç nəfəri dərhal tutulub və onların barəsində həbs qətimkan tədbiri seçilib.

Hücumun dördüncü iştirakçı isə hadisədən 20 dəqiqə sonra bilet alaraq, 2,5-3 saatdan sonra Bakıya uçub. Sərhədi keçən zaman onun şəxsiyyəti hələ müəyyən edilməyibmiş.

"Bununla belə  aidiyyəti qurumlar onun bir neçə maddə üzrə şübhəli bilindiyi barədə məlumatlandırılıb və o, axtarışa verilib. Bu gün o, bizim azərbaycanlı həmkarlarımız tərəfindən saxlanılıb" — deyə DİN rəhbəri bildirib.

Xatırladaq ki, aprelin 30-da Kiyevdə maşın yolunda düşən münaqişə nəticəsində aralarında Rusiya vətəndaşları olan dörd şəxs deputat Nayemə hücum edərək ona fiziki xəsarətlər yetirib.

92
Teqlər:
döyülmə, Ukrayna, Bakı, deputat, həbs