CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zibil qutusundan təyinatı üzrə istifadə etmədi, ələ keçdi

© Sputnik / Rahim MuradovAstara Rayon Polis şöbəsi
Astara Rayon Polis şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşları külli miqdarda narkotik vasitəni aşkar edərək qanunsuz dövriyyədən çıxarıb.

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş inspektoru polis leytenantı Məhəmməd Rzayevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, ötən gün Astara RPŞ-nə daxil olmuş məlumata əsasən şöbə əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran sakini Elman Sadıxzadənin üzərindən 6 bükümdə və ümumi çəkisi 6 kiloqram 215 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

E.Sadıxzadə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitəni əvvəlcədən gizlədilmiş yerdən, Astara şəhəri ərazisində yerləşən zibil qutularının birindən götürən anda polis əməkdaşlar tərəfindən saxlanılıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xəbər lenti
0