Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 1 may — Sputnik. Bir zamanlar Azərbaycanın ekoloji cəhətdən təmiz bölgəsi sayılan Nabran indi zibilliyə çevrilib. Aprelin 29-da Sputnik Azərbaycan-ın əməkdaşı Xaçmaz rayonunda — istirahət bazalarının əksəriyyətinin və "Malibu", "Atlant", "Palma", "El Faro" kimi məşhur hotellərin yerləşdiyi ərazidə olub.
Dənizin bütün sahili boyu zibilliklər uzanır. Burada köhnə ayaqqabılar, polietilen paketlər, brezent, plastik butılkalar, hətta kişi alt geyimləri — bir sözlə, məişət tullantılarının hamısına rast gəlmək mümkündür. Əlbəttə ki, zibilliyə çevrilmiş sahildə gəzmək heç də xoş deyil.
Lakin əvvəllər bura çox təmiz olub. Yerli sakinlər təmizliyə və səliqə-sahmana fikir veriblər. Hazırda isə burada istirahət edənlərin əksəriyyəti ölkə vətəndaşlarıdır və onlar özlərindən sonra zibili yığışdırmağı da düşünmür, əraziyə tullayıb gedirlər. Ayıbdır.
Daha çox ayıb da onda olur ki, bu zibilləri başqa ölkələrdən qonaq gələn turistlər də görür. Bir tərəfdən Azərbaycan turizmin inkişafına təkan verir, digər tərəfdən isə sanitar norma və qaydaların elementar tələblərinə riayət eləmir.
Əlbəttə, çirklənmə ilə bağlı bütün dünyada ciddi problemlər mövcuddur. Amma Azərbaycanı çimərlik və sularının çirkli olduğu Çin, İndoneziya, yaxud Banqladeşlə müqayisə eləmək doğru deyil. Onlarda bu, əhalinin çoxluğundan irəli gələn adi haldır. Azərbaycanlılar bu yolla getməməlidirlər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin Nabran üzrə nümayəndəsi Nəzakət İsgəndərova Sputnik Azərbaycan-a etiraf edib ki, dəniz sahilinin pintilik problemi var: "Xaçmaz rayonunun ərazisindəki dəniz sahilinin uzunluğu 26-27 kilometrdir və sizin qaldırdığınız problem bizi çox narahat edir. Amma problem ondadır ki, bizim zibil daşıyan nəqliyyat vasitəmiz yoxdur".
"Çimərlik mövsümü başlayır və biz çalışırıq ki, sahil zonasını öz gücümüzlə təmizləyək. Bu işə insanları cəlb edəcəyik. Əgər nəqliyyat olsaydı, işimiz daha asan olardı" — deyə İsgəndərova bildirib.
Onun sözlərinə görə, yerli icra hakimiyyəti dəfələrlə zibilyığan nəqliyyat vasitələrinin çatışmazlığı problemini qaldırıb, lakin problem indiyə qədər həllini tapmayıb: "Nabranın ərazisi "El Faro" hotelinin yerləşdiyi hissədən başlanır. Yerdə qalan sahil zonası Seyidli və Muxtadır kənd bələdiyyəsinə aiddir".
Buna baxmayaraq, zibil bütün sahil boyu yayılıb. İsgəndərova onu da deyib ki, artıq bu həftə kommunal xidmət əməkdaşları çimərlik ərazilərini təmizləmək üçün sahil zolağına gedəcəklər: "Hazırda isə sözügedən ərazilərin Sovet İttifaqı zamanından qalmış köhnə dəmir oturacaqlar və konstruksiyalardan təmizlənməsi məsələsi həll olunur".
BAKI, 23 yanvar - Sputnik. Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur.
"Report" xəbər verir ki, nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.
Ancaq həmin xəstəxanada aparılan müalicə nəticə verməyib və A.Rəhimovun durumu daha da ağırlaşıb. Bu səbəbdən nazir bir müddət əvvəl onkoloji xəstələrin müalicə olunduğu başqa bir hospitala köçürülüb.
Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.
Qeyd edək ki, Azad Rəhimov 1964-cü ildə Bakıda doğulub. O, 2006-cı ildə gənclər və idman naziri təyin edilib.
BAKI, 23 yanvar — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunda su kanalında aşkar edilmiş qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri əraziyə cəlb olunub və həyata keçirilən tədbirlər nəticəsində 1982-ci il təvəllüdlü Cəfərova Xəyalə Zahir qızının meyidi su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.