Azərsu ASC

"Azərsu" qəza ilə bağlı daha bir dövlət qurumunu təkzib edir

103
(Yenilənib 21:20 01.05.2018)
“Azərsu”: “Həsən Əliyev küçəsinin çökən hissəsində su-kanalizasiya sızıntısı aşkarlanmayıb”

BAKI, 1 may — Sputnik. “Həsən Əliyev küçəsində yolun çökməsi su, yaxud kanalizasiya sızıntısı ilə əlaqədar deyil”. 

Bunu “Report”a Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsində yolun çökməsi ilə bağlı məsələlərə aydınlıq gətirən “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, hazırda qurum əməkdaşları hadisə yerində işləyirlər: “Hazırda Nəsimi rayon Sukanal İdarəsinin rəhbərliyi və əməkdaşları hadisə yerindədir. Aparılmış qazıntı və ölçmə işləri nəticəsində yolun çökməsinə su, yaxud kanalizasiya sızıntısının səbəb olmadığı müəyyənləşib".

Qeyd edək ki, bu gün günün ikinci yarısında Həsən Əliyev küçəsində çökmə baş verib. Bu səbəbdən 1 kvadratmetr ərazidə dərinliyi 1 metr olan çökəklik yaranıb.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Report"a bildirib ki, çökməyə səbəb su, yaxud kanalizasiya sızıntısının olması hesab edilir”.

103
Əlaqədar
Dövlət şirkətinin rəsmisi nazir müavininin dediyini təkzib etdi
Bu gün Dövlət İmtahan Mərkəzi sınaq imtahanları keçirir
Dövlət katibi Azərbaycana səfər edəcək
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

33
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

33
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

29
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

29