Milli Məclis

Hərbi vəziyyət fövqəladə hallar zamanı bir sıra məhdudiyyətlər tətbiq ediləcək

365
(Yenilənib 15:16 01.05.2018)
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

BAKI, 1 may — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib. Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qanun layihəsində məcəlləyə hərbi vəziyyət və fövqəladə hallar zamanı bir sıra məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı cəzalar təklif olunur. Buraya sözügedən vəziyyətlərdə mətbuatın, təşkilatların fəaliyyətinin məhdudlaşdırılması və digər məsələlər daxildir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

365
Teqlər:
məhdudiyyət, dəyişiklik, plenar iclas, İnzibati Xətalar Məcəlləsi, Milli Məclis, cəza
Əlaqədar
Daha bir əməlin cəzası sərtləşdirildi - Həbs
Zakir Qaralov "İzvestiya" qəzetini cəzalandırmağı xahiş edir
Prezidentdən məmurlara sərt xəbərdarlıq: Hamısı cəzalanacaq
Azərbaycanda "saxta" vəkilləri cəzalandıracaqlar