Həbs

Daha bir əməlin cəzası sərtləşdirildi - Həbs

704
(Yenilənib 14:10 30.04.2018)
İşsizlikdən sığortanı ödəməkdən yayınanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar

BAKI, 27 aprel — Sputnik. Cinayət Məcəlləsinin 213-cü maddəsinə (Vergi ödəməkdən yayınma) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişiklik məcəlləni "İşsizlikdən sığorta haqqında" qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

Dəyişikliyə görə, həmin maddənin adında "Vergi" sözü "Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını" sözləri ilə əvəz edilib. Yəni 213-cü maddənin adı dəyişdirilərək "Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma" adlanır.

Digər dəyişikliklə 213.1-ci maddədə "vergiləri" sözündən sonra ", işsizlikdən sığorta" sözləri əlavə olunub.

213.1-ci maddənin mövcud mətnində deyilir ki, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təklif olunan mətndə isə deyilir ki, xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, 2017-ci il 30 iyun tarixdə "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının 765-VQ nömrəli qanunu qəbul edilib. Qanunun məqsədi əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

Dəyişikliyin əsas məqsədi "İşsizlikdən sığorta haqqında" qanunun tətbiqi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsidir.

Dəyişiklik Milli Məclisin aprelin 24-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

704
Teqlər:
məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta, "İşsizlikdən sığorta haqqında" qanun, vergi ödəməkdən yayınma, dəyişiklik, maddə, Cinayət Məcəlləsi, azadlıqdan məhrum etmə, cəza
Əlaqədar
Dünya şöhrətli müğənni vergidən yayınmaqda şübhəli bilinir
"Ordudan yayınmaq üçün illərlə eyni kursda qalırlar"
Azərbaycanlı sahibkarlar üçün sevindirici xəbər: Gömrük və Vergilər...
İlham Əliyevdən Vergilər Nazirliyi və Gömrük Komitəsi barədə qərar
Vergilər nazirindən şad xəbər: "Prezident tapşırıq verdi ki..."
İş adamı hökumətə səsləndi: “Məndən daha çox vergi alın”
Külək istiqamətini göstərən qurğu, arxiv şəkli

Bakıda küləkli hava davam edəcək

0
(Yenilənib 15:23 25.05.2020)
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir.

BAKI, 25 may — Sputnik. Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Mayın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 26-31, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

0
Amaliya Pənahovanın rəsmi, arxiv şəkli

Xalq artisti: "Amaliya Pənahova teatrdan incik düşdü"

0
Elə hallar var ki, yazılır, amma demək olmur. Özünə arxayın, sevilən, pərəstişkarları çox olan sənətkar idi. Böyük sənətkarı şərə salmaq olmazdı.

BAKI, 25 may — Sputnik. "ARB" televiziyasında yayımlanan "Səhər-səhər" verilişi mərhum Xalq artisti Amaliya Pənahovaya həsr edilib.

Sputnik Azərbaycan xəbər verir ki, proqramda onun yaradıcılığından söz açılıb. Xalq artisti Əli Nur bildirib ki, aktrisa Akademik Milli Dram Teatrından küsüb gedib:

"Amaliya xanımın bütün məziyyətlərini bilirik. Teatra direktor, bədii rəhbər gələndə ədalətli olmalıdır. Rol bölgüsü düzgün aparılmalıdır. Bəzi hallarda teatra bədii rəhbər gəlir və qisas alır. Amaliya Pənahova teatrdan incik düşdü. Küsdü və getdi. Onu yaratdığı obrazlara görə incitmək olmazdı. Burada Akademik Milli Dram Teatrına direktor təyin olunmasının da səbəbi var idi. Çünki Amaliya xanımın da buna istəyi var idi. İncidi getdi və öz Bələdiyyə Teatrını yaratdı. Elə hallar var ki, yazılır, amma demək olmur. Özünə arxayın, sevilən, pərəstişkarları çox olan sənətkar idi. Böyük sənətkarı şərə salmaq olmazdı. Onu etdilər".

Qeyd edək ki, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru olmuş respublikanın Xalq artisti Amaliya Pənahova 73 yaşında 2018-ci ildə vəfat edib.

0