Ülvi Mehdiyev

ASAN Xidmətə yeni sədr təyin edildi

2447
(Yenilənib 18:23 27.04.2018)
Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub

BAKI, 27 aprel — Sputnik. Prezident İlham Əliyev Ülvi Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

Xatırladaq ki, aprel ayının 21-də Prezident İlham Əliyevin sərəcamı ilə Dövlət Agentliyinin sədri İnam Kərimov vəzifəsindən azad edilərək kənd təsərrüfatı naziri vəzifəsinə təyin olunub.

Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib. 2005-2006-cı illərdə hərbi xidmət keçib. 2006-2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb. Ü.Mehdiyev 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

2447
Teqlər:
təyinat, sədr, Ülvi Mehdiyev, ASAN Xidmət, Prezident İlham Əliyev
Pandemiyada imtahan

Qabiliyyət imtahanı üçün müsabiqə şərtləri açıqlandı

0
Oorta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2020-ci il 2-ci nömrəsi nəşr edilib

BAKI, 7 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2020-ci il 2-ci nömrəsini nəşr edib.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnalda orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) üzrə bölgüsü, kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, norma­tivlər və digər faydalı məlumatlar əksini tapıb.

Jurnalının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

0
Koronavirus testi, arxiv şəkli

Bu qurum əməkdaşlarını koronavirusa görə testdən keçirəcək

1
(Yenilənib 13:53 07.07.2020)
Təkliflərə iyulun 17-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Əlaqələndirici şəxs Məmmədyar Musayevdir.

BAKI, 7 iyul — Sputnik. “Azərsu” ASC əməkdaşlarının koronavirus testindən keçirilməsi üçün təkliflər sorğusu elan edib.

Sputnik Azərbaycan-ın məlumatına görə,  sorğuda iştirak etmək istəyənlər təkliflərini iyulun 16-sı, saat 16:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən inzibati binasına - qurumun Təchizat və satınalmaların idarə olunması departamentinin Satınalmalıarın təşkili şöbəsinə təqdim edə bilərlər.

Təkliflərə iyulun 17-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Əlaqələndirici şəxs Məmmədyar Musayevdir. Telefon: (012) 431-47-67 (daxili: 2288).

1

ÜST Rusiyanın COVID-19 vaksini ilə maraqlanıb

0
Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanın koronavirusa qarşı istehsal etdiyi vaksinlə maraqlanıb. Təşkilat bəyan edib ki, onlar sınaqların başa çatmasını gözləyir.

ÜST onu da qeyd edib ki, COVID-19-un müalicəsi üçün preparatların sınaqdan keçirilməsindən də agahdırlar. Rusiya eyni zamanda bir neçə məkanda könüllülərlə sınaqlar aparır. Bu sınaqların necə keçdiyini, könüllü iştirakçıların özlərini necə hiss etdiklərini və hansı ölkələrin vaksini hamıdan çox gözlədiyini videomuzda izləyin.

0