CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qədim kəndin sakinləri kütləvi köç edəcək - AYDA

© Sputnik / Rahim MuradovAstara rayonu ərazisindəki Təxtənəkəran-Miki avtomobil yolunun hazırkı vəziyyəti
Astara rayonu ərazisindəki Təxtənəkəran-Miki avtomobil yolunun hazırkı vəziyyəti - Sputnik Azərbaycan
Abunə olmaq
"Əvvəllər yol bərbad idi deyə sakinlər kəndi tərk edirdilər. Ötən il yol çəkildi, camaat da sevinirdi ki, artıq yolumuz var. Ümidlərimiz puç oldu, indi yenə köçüb getmək istəyirlər"

Rahim Zakiroğlu, Sputnik Azərbayacan

BAKI, 27 aprel — Sputnik. Astaranın ucqar dağ kəndlərini birləşdirən yol eroziyaya uğrayaraq dağılmağa başlayıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 2017-ci ilin dekabr ayında təmir olunaraq istifadəyə verilən Təxtənəkəran-Miki avtomobil yolunun bu ilin mart ayından başlayaraq ayrı-ayrı hissələrində asfalt örtüyü artıq sıradan çıxmağa başlayıb. Yolun bəzi hisslərində isə çatlar və çalalar əmələ gəlib.

Zaman keçdikcə çala və erroziyaların sayının artması kənd sakinlərinin həm narazılıqlarına, həm də narahatlıqlarına səbəb olub. Sakinlər deyirlər ki, 15-16 il ərzində bərbad, çınqıllı yoldan xilas olacaqları üçün çox seviniblər. Lakin bu sevinclərinin ömrü çox qısa olub.

Miki kənd sakini Bəfa Fətəliyev Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışır ki, sovetlər dönəmində, 1981-82-ci illərdə kəndlərinə gələn yola asfalt örtüyü çəkilmişdi. 2000-ci ilə qədər asfalt yoldan istifadə ediblər. 2000-ci ildən sonra həmin yol dağılmağa başlayıb. 2015-ci ildə isə prezident İlham Əliyev tərəfindən həmin yolun yenidən çəkilməsi ilə bağlı sərəncam imzalanıb.

"Prezidentin sərəncamdan dərhal sonra 2015-ci ildə yolda torpaq-bərkitmə işləri aparıldı. İş 2017-ci ildə davam etdirildi. Ötən ilin noyabr-dekabr aylarında yollarımıza asfalt örtüyü çəkildi. 4300 metrlik avtomobil yolunun, təxminən 200 metr hissəsi normaya uyğun bərpa edildi. Qalan 4100 metr məsafəyə isə palçıq qatı döşəyib, üzərindən asfalt örtüyü çəkdilər", — deyir kənd sakini.

Onu da əlavə edir ki, 2 aya yaxın müddət keçdikdən sonra, bu ilin mart ayından başlayaraq təzə çəkilən yol dağılmağa başlayıb: "Kəndimizin yolunda erroziyalar yaranıb və çala-çuxurlar əmələ gəlib. Hələ bu il qış sərt keçmədi. Bu il qar və ya güclü yağışlar yağsaydı, yolumuz tamam dağılardı".

© Sputnik / Rahim MuradovAstara rayonu ərazisindəki Təxtənəkəran-Miki avtomobil yolunun hazırkı vəziyyəti
Astara rayonu ərazisindəki Təxtənəkəran-Miki avtomobil yolunun hazırkı vəziyyəti - Sputnik Azərbaycan
1/7
Astara rayonu ərazisindəki Təxtənəkəran-Miki avtomobil yolunun hazırkı vəziyyəti

2/7

3/7

4/7

5/7

6/7

7/7

B.Fətəliyev yolun tamamilə sıradan çıxacağından, kəndin rayon mərkəzi ilə əlaqəsinin kəsiləcəyindən çox narahatdır: "10-15 il istismar müddəti olan yol 3 aydan sonra dağılmağa başlayıb. Dövlətin qoyduğu sərmayə hədər gedib. Yola çox keyfiyyətsiz asfalt örtüyü çəkilib. Yolun orta hissəsinə nazik, kənar hissələrinə nisbətən qalın asfalt çəkiblər. Kəndimizlə rayon mərkəzi arasında təxminən 40 km məsafə var. Bu yol da dağılsa, rayonla əlaqəmiz kəsiləcək".

Miki kənd sakinlərinin əksəriyyəti sitrusçuluq və arıçılıqla məşğul olur. Yoldan istifadə edən sürücülər bu yoldan gün ərzində azı 4-5 dəfə istifadə etməli olurlar.

Sürücü Şahin Xalıqov deyir ki, yolun bərbad vəziyyəti avtomobillərin sıradan çıxmasına səbəb olur: "Yolun asfalt hissəsindən sonra 2,5 km çınqıl yol var. Sevinirdim ki, kəndimizin yolunun 70%-i asfalt olundu, azadlığa çıxdıq. 2-3 ay keçdi, yol bu vəziyyətə düşdü. Axşam Masallıdan qayıdırdım, maşın çalaya düşdü. Maşının "mayatniki" sındı, 60-70 manat xərcim çıxdı".

"Bu kənd qədim kənddir. Əvvəllər yol bərbad idi deyə sakinlər kəndi tərk edirdilər. Ötən il yol çəkildi, camaat da sevinirdi ki, artıq yolumuz var. Ümidlərimiz puç oldu, indi yenə köçüb getmək istəyirlər. Heç olmazsa, 3-4 il sonra dağılsaydı, deyərdik "eybi yox". Hər bir şey yol ilə başlayır. Bizim dolanışığımız bu yol ilə bağlıdır, məktəblilər də bu yoldan istifadə edirlər. Yol dağıldısa, kənd dağıldı deməkdir", — deyə sürücü əlavə edir.

Digər sakin isə bildirir ki, yola tökülən daşları sakinlər özləri təmizləyib kənara çəkiblər: "Yolda problemlər yaranıb. Maşınlar yolun həmin hissəsindən keçə bilmirlər. O döngədə 2 maşın üz-üzə gələrsə, mütləq biri digərinə yol verməlidir. Bayaq gələndə az qalmışdı dərəyə düşək".

Sputnik Azərbaycan məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AYDA) müraciət edib. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirdi ki, artıq əraziyə baxış keçirmək üçün Dövlət Agentliyinin əməkdaşları ezam olunub: "Əməkdaşlarımız yolda dağılmaların səbəblərini araşdırırlar".

A.Nəcəfli qeyd etdi ki, ilkin olaraq problemin fiziki və ya təbii təsirlərdən baş verib-verməməsi müəyyən ediləcək: "Əgər sadalanan səbəblərdən dağılmaların baş vermədiyi müəyyən edilsə, o zaman, əraziyə çəkilən asfalt-beton örtüyündən və asfalt örtüyünün altına çəkilmiş torpaq qatından nümunələr götürülüb araşdırılması üçün laboratoriyaya göndəriləcək. Yolun dağılan hisslərində artıq təmir işlərinə başlanılıb və Təxtənəkəran-Miki yolu yaxın günlərdə bərpa olunacaq".

Xəbər lenti
0