Gənc cütlük

Seksual mövzuların məktəb universitetlərdə tədrisi vacibdirmi?

501
(Yenilənib 20:06 26.04.2018)
Onun sükutla yad edilməsi ölkədə sevgi, ailə və seksual münasibətlərin çoxdan öldüyünə işarə idi

BAKI, 26 aprel — Sputnik. Bir neçə il əvvəl yerli telekanallardan birində yayımlanan verilişdə seksual maarifləndirmənin əhəmiyyəti müzakirə olunurdu. Ekspert kürsüsünə dəvət olunan millət vəkili aparıcının "seksual mövzular məktəb və universitetlərdə tədris olunmalıdırmı" sualına eyni ilə belə cavab vermişdi: "Bir o qalıb ki, seksi məktəb və universitetlərə gətirək!"

Öz verdiyi cavaba məmnunluqla gülümsəyən millət vəkilini tamaşaçılar da ürəkdən alqışlamışdı. Lakin həm millət vəkili öz verdiyi cavabda özünü inkar etdiyinin fərqində deyildi, həm də tamaşaçılar nəyi alqışladıqlarını bilmirdilər.

Millət vəkilinin cavabından belə məlum olurdu ki, o, hər yerdə seksual mövzularla rastlaşmaqdan narahat olub. Təkcə həmin millət vəkili deyil, ümumilikdə Azərbaycan xalqı seksual mövzularla rastlaşmaqdan narahatdır. Türk və bütün müsəlman dünyasında seks barədə ictimai müzakirə aparmaq bir tabudur. Bu toplumun bir parçası olan millət vəkili də fərqinə varmır ki, seksual mövzular məktəb və universitetlərdə tədris olunmadığı üçün hər yerdə ifrat dərəcədə var.

Bəs hər yer dedikdə nəyi nəzərdə tuturuq? Tez-tez mediadan zorlanma xəbərləri oxuyuruq. İstər məşhur şəxslərin, istərsə də sıravi vətəndaşların intim videolarının yayılması tez-tez gündəmi işğal edir. Seksual acgözlük, qadınların seksə ac kişilər tərəfindən narahat edilməsi, yaxud yerli xanımların özünə və qarşısındakı kişiyə olan münasibətindən narazı qalan kişilərin rus, ukraynalı qadınlara qaçması, qadınların da buradakı kişilərə qane olmayıb başqa ölkələrdən ər axtarması, durmadan artan insan bazarı və bu bazarın çoxsaylı xəstəliklərə səbəb olması və s. Bütün bunların birbaşa səbəbi, əslində, yeniyetmə və gənclərin istər seksual mövzularda, istər ailə münasibətləri mövzusunda maariflənməməsidir.

Yaxşı yadımdadır ki, orta məktəbin anatomiya dərsində cinsiyyət orqanları və insanların çoxalması ilə bağlı olan iki bölməni müəlliməmiz görməzdən gəlib sonrakı paraqraflara keçmişdi. "Həyati bacarıqlara əsaslanan təhsil" adlı bir dərs də var idi. Bu dərsdə də ailə münasibətləri, evlilik, eşq, sekslə bağlı mövzular qadın müəllim tərəfindən "qara siyahı"ya salınmışdı və üzərindən sükutla keçmişdik.

Əslində, həm anatomiyadakı, həm də həyati bacarıqlara əsaslanan təhsildəki bu bölmələrin sükutla yad edilməsi ölkədə sevgi, ailə və seksual münasibətlərin çoxdan öldüyünə işarə idi. Mən sonralar anlamışdım müəllimlərin bu mövzuları sükutla keçməsinin səbəbini.

Millət vəkilinin anlamadığı da bu idi. Əgər yeniyetmə və gənclər cinsiyyət orqanları, cinsi münasibətlər, insanların çoxalması, sevgi münasibətləri, ailə münasibətləri, seksual sağlamlıq mövzularında maariflənsəydilər, bu qədər zorlanma xəbərlərinə rastlamazdıq. Bu qədər insanların intim videoları yayılmazdı və həmin videolar da sürü psixologiyası ilə gündəmə çevrilməzdi.

Azacıq açıq-saçıq geyinən qadınlar küçədə, metroda, avtobusda narahat edilməzdi. Münasibətlərdən narazı qalan kişilər və qadınlar başqa ölkələrə üz tutmazdı. Hər kəs çoxalmaq üçün cinsi münasibəti də, seksual əyləncəni də, sevgi və ailə məsələlərini də bir-birindən ayıra bilərdi.

501
Teqlər:
seks, tədris, münasibət, sevgi, efir, məktəb, ailə, telekanal, müəllim
Əlaqədar
Seksuallığın özü: Bakılı model öz cazibəsi ilə ərəb dünyasını fəth edib
ABŞ-da daha bir seks qalmaqalı: 13 yaşlı uşağı...
Fatimə Abbasquliyeva: “Onun seks kölələrindən biri olmaq istəmədim”
Seksual həyatı yaxşılaşdırmaq üçün bu məsləhət görülür...
Bakıda ağlasığmaz seksual təcavüz
Beynəlxalq qalmaqal: BMT könüllüləri suriyalı qadınlara seks təklif edir
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

0
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

0
İlham Əliyev, arxiv şəkli

Dövlət başçısı: Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır

40
Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

BAKI, 21 oktyabr — Sputnik. "Öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" hesabında yazıb.

Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü", - deyə o əlavə edib.

40
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Sergey Lavrov və Ceyhun Bayramov, arxiv şəkli

Sergey Lavrov Moskvada Ceyhun Bayramovla görüşüb

0
Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

BAKI, 21 oktyabr — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla görüşüb. Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirdiyinə görə, məlumatda qeyd olunub ki, 20 və 21 oktyabr tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

"Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib", - deyə məlumatda qeyd olunub.

0