Quba şəhərində yerləşən Ağ məscid

Qubalıların "Ağ Ev"i: Camaat öz böyük arzusunu reallaşdırdı

460
(Yenilənib 10:30 26.04.2018)
Hər kəs bu işin baş tutacağına inandı və inamın nəticəsi olaraq gözəl görünüşlü bu məscid ərsəyə gəldi

Leyla Abdullayeva – Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Məscid İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş məkandır. Müsəlman ölkələrində məscidlər təkcə ibadət üçün nəzərdə tutulmur, eyni zamanda, onun içərisində keçirilən tədbirlər insanlar arasında ünsiyyəti gücləndirmək məqsədi daşıyır. Elə buna görə də‚ məscid əhəmiyyətli bir məkan kimi "Allahın evi"‚ "peyğəmbərlərin məkanı"‚ "hər təqvalı insanın sarayı" kimi adlandırılır.

Məscidlər həm də İslam memarlığının ən dayanıqlı və inkişaf etmiş nümunələrindəndir. Əvvəlki ənənələrə sadiq qalaraq, məscidlər dövrümüzdə də inşa olunarkən məhz bu məqamlar diqqət mərkəzində saxlanılır.

Quba şəhərində yerləşən Ağ məscid
© Sputnik / Leyla Abdullayeva
Quba şəhərində yerləşən "Ağ məscid"

Müasir dövrümüzdə İslam memarlıq üslubunda inşa edilmiş məscidlərdən biri də Quba rayonunun Heydər Əliyev küçəsində yerləşən "Ağ məscid"dir. Məscidin adı onun fasadına görə verilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, məscidin axundu Hacı Elnur Əfəndi "Ağ məscid"in tikilmə səbəbi və tikinti prosesi haqqında Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb: "Qubada bir neçə məscid var. Lakin bu ərazi o məscidlərə elə də yaxın deyil. Bu səbəbdən camaat burada məscid tikilməsini istəyirdi".

Quba şəhərində yerləşən Ağ məscid
© Sputnik / Leyla Abdullayeva
Məscidin interyeri

QMİ nümayəndəsi məscidin tikildiyi ərazinin şəxsi torpağı olduğunu qeyd edib: "1996-cı ildə bu yerdə bir otaq tikdim və sakinlərin həmin otaqdan məscid kimi istifadə etmələrinə bacardığım qədər şərait yaratdım. Ora gələn insanlar burada əsl məscid tikilməsini istəyirdilər. Lakin maddiyat məsələsi ilə bağlı çətinliklərimiz vardı. Məscidin tikilişi üçün əlimizdə heç layihə də yox idi".

Hacı Elnur məscidin məhz yerli sakinlərin köməyi ilə tikildiyini vurğulayıb: "Yerli camaat öz istəyini həyata keçirmək istədi. Kimisi nağd pul, kimisi tikinti materialları verdi, kimisi də ustalıq etdi. Bu məscidin tikilməsində heç bir özəl və ya dövlət qurumunun köməyi olmayıb. Tikintidən sonra kürsü və minbər Türkiyədən gətirildi. Hər kəs bu işin baş tutacağına inandı və inamın nəticəsi olaraq gözəl görünüşlü bu məscid ərsəyə gəldi."

Qeyd edək ki, üç mərtəbədən ibarət olan dini məkanın birinci mərtəbəsi toplantıların, konfransların keçirilməsi üçün istifadə olunur. Həftənin cümə axşamı və bazar günləri yeməklər hazırlanıb əhaliyə şəhidlərin adına, hansısa bir şəxsin ölmüş valideyninin adına ehsan paylanılır. İkinci mərtəbə məscid kimi, üçüncü mərtəbə isə qadınların namaz qılması üçün istifadə edilir.

"Ağ məscid"də çoxlu sayda uşaqlara "sıravi dini təlim" dərsləri keçirilir. Məsciddə olduğumuz zaman 50-ə yaxın uşağa dini biliklər, dualar öyrədildiyinin şahidi olduq. Burada, həmçinin 20 Yanvar, Xocalı soyqırımı və sair faciələrə həsr olunmuş tədbirlər də keçirilir.

Burada uşaqlara İslam dininin əsasları öyrədilir
© Sputnik / Leyla Abdullayeva
Burada uşaqlara İslam dininin əsasları öyrədilir

Elnur Əfəndi məsciddə həyata keçirilən xeyriyyə işlərindən də söhbət açıb: "Bizdə 100-ə yaxın aztəminatlı, xəstəsi olan ailələrin siyahısı var və biz onların hər birinin evinə gedərək vəziyyətləri ilə tanış olmuşuq. Həqiqətən də siyahımızda olan insanlar çox acınacaqlı vəziyyətdə yaşayır".

Məscidin axundu deyib ki, bu işdə onlara rayonun imkanlı insanları da çox kömək olurlar: "Demək olar ki, hər gün yanımıza belə insanlar yaxınlaşır və vəziyyətlərini bizə danışırlar. Biz də hər ay növbə ilə 20 ailəyə, bir neçə aylıq bazarlıq edib aparırıq. Əsasən də, yetim, kimsəsiz uşaqlara dəftər-qələmindən tutmuş, paltara qədər alırıq".

"Bundan başqa, qalmağa yeri, evi olmayan insanlar üçün də təmənnasız, 2 otaqlı balaca evlər tikib təhvil veririk. Bu evlərin tikilməsində rayonun ustaları, tikinti materialları mağazalarının sahibləri bizə böyük köməklik göstərirlər", — Elçin Əfəndi əlavə edib.

Məsciddə olduğumuz bir neçə saat ərzində "Allahın evi" adlandırılan bu müqəddəs məkana 50-dən çox insanın gəlib, namaz qıldığının şahidi olduq.

460
Teqlər:
"Ağ məscid", Hacı Elnur Əfəndi, "Allahın evi", İslam dini, nümayəndə, QMİ, ibadət, Allah, Qafqaz Müsəlmanları İdarəsi, müsəlman, məscid
Əlaqədar
Prezident paytaxtda yeni məscidin açılışını etdi
Məsciddə döyülmüş şəxs dünyasını dəyişdi
Bakının ən məşhur məscidini tikən baş memarı
Məsciddə namaz vaxtı partlayış törədilib, 11 nəfər ölüb
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

6
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

6
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

5
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

5
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

5
(Yenilənib 09:35 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

5
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması