CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşların ev şəraitini yaxşılaşdırmaq üçün bu addımlar atıldı

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidСтроительство жилищного комплекса, фото из архива
Строительство жилищного комплекса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tikilən evlərin əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilib

BAKI, 25 aprel — Sputnik. 2017-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2014,7 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, istifadəyə verilmiş ümumi sahənin 102,9 min kvadrat metri doğma yurdlarını tərk etmiş məcburi köçkünlər üçün tikilmiş evlərin payına düşür.

İl ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 960,3 milyon manat olub, onun 149,8 milyon manatı dövlət, 810,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 2017-ci ildə 11,5 min yaşayış evi tikib. Tikilən evlərin əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilib.

Xəbər lenti
0