CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP-dən həssas çağırış: "Hara tələsirdin?"

© Sputnik / Murad OrujovDYP işçisi Mirzəliyev Xəqani
DYP işçisi Mirzəliyev Xəqani - Sputnik Azərbaycan
Abunə olmaq
Vaqif Əsədov: "Qanunu bilmək, yaxud biməmək insanı məsuliyyətdən azad etmir"

BAKI, 25 aprel — Sputnik. "Yollarda hərəkətin təhlükəsizliyinin etibarlı təminatı istiqamətində qabaqcıl metod və texnologiyalardan geniş istifadə olunur. Hər bir hərəkət iştirakçısı diqqətli və musuliyyətli olmaqla bərabər, başqalarının hüquq və vəzifələrinə münasibətdə həssas olmalıdır. Bu həssaslıq isə təkcə yol polisini yox, bütün ictimaiyyəti maraqlandırır".

© Sputnik / Murad OrujovBakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov  - Sputnik Azərbaycan
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov

Bu fikirləri Sputnik Azərbaycan-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov səsləndirib.

"Hər bir insanın ən böyük amalı təhlükəsiz yaşamaqdır. Ancaq necə yaşamaq – ehtiyatla, yoxsa ehtiyatsızlıqla? Hər bir halda təkcə qanunun tələbi deyil, intellektual təfəkkür də deyir ki, ehtiyatla yaşamayanda, səhlənkarlıq edəndə nəticə ağır olur" — deyə o bildirib.

"Bunu bilə-bilə bəzən o qədər səhlənkarlığa yol verilir ki, sonda bizi qayğılandıran nəticənin həlli üçün kömək axtarırıq. Əgər nəzərə alsaq ki, avtoqəza hadisələrindən sonra bəzən geriyə — istintaq etməyə, sual verməyə insan qalmır ki, onu qınayaq, soruşaq ki, "hara tələsirdin?"" — V.Əsədov əlavə edib.

Onun sözlərinə görə, təhlil və ümumləşdirmələr göstərir ki, baş verən hər avtoqəza hadisəsi o qədər fərdi mahiyyət daşıyır ki, vəziyyəti tamamilə dəyişmək, ümumiyyətlə insan təlafatı, insan sağlamlığı ilə nəticələnən, yaxud əmlaka dəyən zərəri aradan qaldırmaq olar: "Qanunu bilmək, yaxud biməmək insanı məsuliyyətdən azad etmir. Çünki insanın törətdiyi təqsirli əmələ görə hüquqi vəziyyətinə qanun qiymət verir".

"Başqa sözlə desək, insanın bütün həyatını yalnız ictimai məsuliyyət və şəxsi intizamı təşkil edir. İnsanı məsuliyyətli edən, təhülkəsiz edən onun əməlləridir, davranışlarıdır. Əməl, davranış nədir, necə təyin edilir? Mübahisəli deyil" — DYP rəsmisi vurğulayıb.

Daha sonra o deyib: "Sadə məntiq bundan ibarətdir ki, hər bir hərəkət iştirakçısı – piyada, sürücü yollarda qaydalara əməl etməlidir. Düşünək ki, təhlükəsiz yaşamağın ən böyük qaydası məsuliyyət yaradan həqiqətlərə — qanunlara, qanun keşikçilərinin hüquq və vəzifələrinə həssas yanaşmadır. Cəmiyyətin üzvü olaraq hər birimiz özümüzü qorumağa məsul olmalı, hamının bildiyi qaydalara əməl etməklə qalmayıb, bütün cəmiyyətə bu vərdişi aşılamağa təşəbbüskar olmalıyıq. Təhlükəsiz və sağlam yaşamaq istəyiriksə, hamılıqla qəbul edilən umumi qaydalara əməl etməliyik".

Xəbər lenti
0