Ünvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli

Aztəminatlı ailələrə şad xəbər

2193
(Yenilənib 15:21 24.04.2018)
"Məşğulluq haqqında" yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib

BAKI, 24 aprel — Sputnik. Parlamentin bu gün keçirilən iclasında yeni hazırlanan "Məşğulluq haqqında" qanun layihəsinə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, 5 fəsil, 34 maddən ibarət qanun layihəsində işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib.

Qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur. İşsiz şəxslərin özünəməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük veriləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

2193
Teqlər:
"Məşğulluq haqqında" qanun layihəsi, müvafiq icra hakimiyyəti orqanı,
Əlaqədar
İşsizlər bu xəbəri mütləq oxusunlar
Ekspert: "Robotlara görə insanların işsiz qalma problemi yoxdur"
İşsizlərə şad xəbər
"Qara Volqa"nın rejissoru: "Neçə ildir işsizəm"
Məhəmmədrəsul Məcidov, arxiv şəkli

Azərbaycanlı idmançı dünya boksunun əfsanəsini döyüşə çağırır

66
(Yenilənib 17:21 09.08.2020)
Azərbaycanlı peşəkar boksçu hazırkı dünya çempionu Entoni Coşua ilə mübarizə aparmaq arzusundadır. Lakin onunla görüşdən əvvəl titul uğrunda beş döyüş keçirməlidir.

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Azərbaycanlı peşəkar boksçu Məhəmmədrəsul Məcidov Moskva yaxınlığında avqustun 22-də britaniyalı Dilian Uaytla döyüşəcək məşhur rusiyalı boksçu Aleksandr Povetkinlə iki həftəlik təlim-məşq toplanışı keçirib. Sputnik Azərbaycan-la müsahibəsində Məcidov Povetkinlə birgə məşqlərdən və gələcək planlarından danışıb.

- Povetkinlə məşq keçmək ideyası necə yarandı?

- Biz bilirdik ki, Povetkin avqustun 22-də Dilian Uaytla mübarizə aparmalıdır və onun sparrinq-tərəfdaşlara ehtiyacı olacaq. Mən öz menecerimə təklif etdim ki, onun nümayəndələri ilə birgə təlim-məşqlər keçirilməsi barədə danışıq aparsın. Nəticədə razılığa gəlmək mümkün oldu.

Şübhəsiz ki, belə təcrübəli boksçu, Olimpiya çempionu ilə məşqlərim mənə böyük fayda gətirib, mən ondan çox faydalı şeylər götürmüşəm. O da həmçinin mənimlə məşq etdiyi üçün çox minnətdardır, çünki mənim iştirakımla olan sparrinq onun üçün də faydalı olub.

- Sparrinqlər necə keçdi?

- Biz birlikdə yaxşı işlədik. Əsasən, mən ona Dilian Uaytla döyüşə hazırlaşmağa kömək edirdim, ona görə də onun travma almaması üçün maksimum səy göstərirdim.

- Povetkinin qarşıdakı döyüşdəki şansını necə qiymətləndirirsiniz?

- Onun yaxşı qələbə şansı var. O, çox təcrübəli boksçudur və bu, ona kömək etməlidir. Əlbəttə, rəqib də hədiyyə deyil, amma hamımız bilirik ki, Saşa fiziki və mənəvi cəhətdən çox güclüdür, tez-tez xarakter döyüşlərini qazanır.

- Siz onunla eyni çəki kateqoriyasında çıxış edirsiniz. Onunla döyüş keçirmək barədə heç düşünməmisiniz?

- Onunla döyüşmək mənim üçün hələ maraqlı deyil. Povetkinin yanında bir çox digər boksçular var ki, mən onları məğlub etməliyəm. Həm də məni onunla dostluq münasibətləri bağlayır. Birlikdə sparrinq edən döyüşçülərin çoxu adətən bir-biri ilə rəsmi döyüşlər keçirmirlər. Povetkin yolumun üstündə dayanmır, mənə nəyəsə nail olmaq üçün ona qalib gəlmək lazım deyil. Mənə qalxmağa imkan verəcək digər boksçularla görüşlər keçirmək daha vacibdir.

- Kimləri məğlub etmək istərdiniz?

- İlk növbədə, hazırkı dünya çempionu Entoni Coşuanı. Deyim ki, o da mənimlə mübarizə aparmaq istəyir. Amma onunla döyüşə çıxmazdan qabaq mən titul uğrunda beş döyüş keçirməliyəm. Bu, bir çox amillərdən asılıdır. Həm də dünya çempionunun reqlamentinə görə, mütləq titulun müdafiəsi həyata keçirilməlidir.

Bundan başqa, mənə Povetkinin rəqibi - britaniyalı Uaytla döyüşmək maraqlı olardı. Böyük hesabla götürsək, kiminlə döyüşməyimin mənim üçün fərqi yoxdur. Peşəkar boksda zirvəyə çatmaq üçün istənilən rəqiblə mübarizə aparmağa hazıram. Ən yaxşıları ilə bokslaşmaq istəyirəm.

- Sizin növbəti döyüşünüzlə bağlı məsələlər aydınlaşıbmı?

- Hələlik bu barədə dəqiq məlumat yoxdur. Məsələ bundadır ki, hazırda koronavirus pandemiyası səbəbindən tamaşaçıların boks şoularını ziyarət etməsi qadağandır. Həm də axşam döyüşlərinin sayı azaldılıb. Buna görə boks axşamlarının iştirakçıları sırasına düşmək üçün rəqabət artıb.

Mənim növbəti döyüşüm sentyabr ayının ortalarında və ya sonunda keçirilə bilər. Ancaq payızın ilk günlərində də rinqə çıxa bilərəm. Hətta indi də istənilən döyüşə hazıram. Amma koronavirus səbəbindən hələ heç bir aydınlıq yoxdur, çünki bir çox ölkələrin sərhədləri bağlıdır. Bundan əlavə, tezliklə vizaları yeniləmək üçün Azərbaycana gəlmək lazımdır.

66
Çaxır

Koronavirusla mübarizədə qırmızı şərab

12
(Yenilənib 15:30 09.08.2020)
ARDS nəfəs darlığına, sürətli nəfəs almağa, dərinin göyərməsinə səbəb olur. Laval universietinin tibb işçiləri müəyyən ediblər ki, orqanizmdə xüsusi ACE2 fermentinin olması bu sindromun ağırlaşmasını azaldır.

BAKI, 9 avqust — Sputnik. Kanadalı alimlər şərabda koronavirus zamanı müşahidə edilən kəskin tənəffüs çətinliyi sindromunun (ARDS) şiddətini azalda bilən bir antioksidan tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, kəskin tənəffüs çətinliyi sindromu ARDS ağciyərlərdə yayılmış iltihab nəticəsində yaranan tənəffüs çatışmazlığıdır. ARDS nəfəs darlığına, sürətli nəfəs almağa, dərinin göyərməsinə səbəb olur.

Laval universietinin tibb işçiləri müəyyən ediblər ki, orqanizmdə xüsusi ACE2 fermentinin olması bu sindromun ağırlaşmasını azaldır.

Bədəndəki konsentrasiyası əsasən qırmızı və ağ şərabda olan antioksidan resveratrol ilə artır.

Ancaq ACE2 konsentrasiyasının artması bir tərəfdən koronavirusun hüceyrəyə daxil olma riskini artıra bilər.

Digər tərəfdən, ferment işləmədikdə, AngII peptidinin miqdarı artır, bu da iltihab reaksiyasının artmasına kömək edir.

Buna görə də, ACE2 çatışmazlığı və AngII-nin artıq olması COVID-19-un gedişinə mənfi təsir göstərir.

Bu barədə Lomonosov adına Moskva Dövlər Universitetinin əməkdşaı Roman Zinovkin danışıb.

Resveratrol immunitet sisteminin hüceyrələrini də sıxışdıra bilər. ARDS-nin immunitet sisteminin həddindən artıq aktivliyindən qaynaqlandığını nəzərə alsaq, resveratrolun bu komplikasiyanın inkişafında müsbət təsir göstərməsi mümkündür. Şərabla yanaşı, resveratrol fıstıq, püstə, kakao və moruğun da tərkibində var.

12
Bakıda çimərlik, arxiv şəkli

Yaxşı qaralmaq üçün...

0
Mütəxəssislərin fikrincə, yayda yaxşı qaralmaq üçün ərik və qarpız daha çox faydalıdır. Eyni zamanda qoruyucu kosmetik vasitələrdən istifadə etmək də məsləhət görülür.

BAKI, 9 avqust — Sputnik. Artıq çimərliklərə qoyulan qadağa aradan qaldırılıb və hamı günəş şüaları altında zaman keçirməyə tələsir. Ancaq günəş şüaları altında sağlam qaralmaq üçün qaydalara əməl etmək lazımdır.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki,həkim dermatoloq İrina Kotova bildirib ki, Günəşin daha aktiv olduğu saatlarda saat 12.00-15.00 arası günəş şüaları altında qalmaq olmaz.

Eyni zamanda qoruyucu kosmetik vasitələrdən istifadə etmək də məsləhət görülür.

"İlk günlər günəş vannası qəbul edərkən SPF 50 və daha yüksək faizli kremlərədn istifadə edin. Kremi bütün bədəninizə çəkin", - deyən ekspert vurğulayıb ki, üzün dərisi ultrabənövşeyi şüalara həssas olduğu üçün başla üzü gün şüalarından qoruyacaq papaqlardan qoymaq lazımdır.

Mütəxəssislərin fikrincə, yayda yaxşı qaralmaq üçün ərik və qarpız daha çox faydalıdır.

0