Birinci sinif şagirdinin məktəb hazırlanması, arxiv şəkli

Agentlik məktəblilər üçün müsabiqə elan etdi: Qiymətli hədiyyə...

109
(Yenilənib 19:58 23.04.2018)
Qalib məktəbliyə Agentlik tərəfindən tablet hədiyyə ediləcək

BAKI, 23 aprel — Sputnik. Bakı Nəqliyyat Agentliyi məktəblilər üçün "Xəyalımdakı İctimai Nəqliyyat" adlı rəsm müsabiqəsi elan edir. Bakı Şəhər Nəqliyyat Agentliyndən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsabiqədə IV-IX sinif şagirdləri iştirak edə bilər. Onlar xəyal gücündən istifadə edərək çəkdikləri avtobus, taksi və s. rəsminin fotosunu Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. Qalib məktəbliyə Agentlik tərəfindən tablet hədiyyə ediləcək. Məqsəd ictimai nəqliyyatdan istifadəni təşviq etmək, həmçinin, paytaxtın marşrut şəbəkəsi ilə bağlı yeniliklərdə məktəblilərin də idea və təkliflərini öyrənməkdir.

Qeyd edək ki, rəsmlərin fotosu info@bna.az elektron poçt ünvanına və ya Bakı Nəqliyyat Agentliyinin rəsmi facebook səhifəsinin ismarıc bölməsinə 01.06.2018 tarixinədək təqdim edilməlidir. Qalib məktəbli 11-13 iyun Baku Expo Mərkəzində keçiriləcək "Road&Traffic2018" sərgisində BNA-nın 1204 saylı stendinin ziyarətçiləri tərəfindən səsvermə yolu ilə seçiləcək.

109
Əlaqədar
Bakıda nəqliyyat və daşınmaya dair beynəlxalq sərgi olacaq
Nəqliyyat vasitələri ilə bağlı yeni cərimə gəlir: 150 manatdan 1000 manatadək
Paytaxtın nəqliyyat axınına təsir edən küçə yenidən qurulur
Bakı Nəqliyyat Agentliyi jurnalistlərin şikayətinə reaksiya verdi
Bakıda 76 il fəaliyyət göstərən nəqliyyat növü
Manat, arxiv şəkli

Yardım dayandırılmayıb - Şahmar Mövsümov

1
(Yenilənib 20:07 16.01.2021)
"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur" - Prezidentin köməkçisi

BAKI, 16 yanvar — Sputnik. Sahibkarlara dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər planı üzrə proseslər davamlı olaraq həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov deyib ki, müxtəlif sahələr və istiqamətlərdə sahibkarlara yardım nəzərdə tutulub:

"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur. Ümumilikdə zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb".

1
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

5
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

5