CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaddaşınız zəifdirsə, bunları yeyin - SİYAHI

© Sputnik / Mustafayev AnarПрилавок с фруктами на рынке
Прилавок с фруктами на рынке - Sputnik Azərbaycan
Abunə olmaq
Yaddaş və zəka inkişafı baxımından B vitamini əhəmiyyətli bir yer tutur

BAKI, 23 sprel — Sputnik. Bütün bədənimizi idarə edən beyin sağlamlığımızın bütün həyat boyu qorunub inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır.

Yediyimiz qidalardan tutmuş yuxu düzəninə, gün ərzində baş verən hadisələrə, hətta səmimi bir gülümsəməyə qədər bir çox nüanslar beyin sağlamlığına təsir edir. Sputnik Azərbaycan Türkiyənin beyin, sinir və onurğa-ilik cərrahı İlhan Elmacının beyin sağlamlığı ilə bağlı məsləhətlərini diqqətinizə çatdırır.

Beyin inkişafı ilk olaraq, ana bətnindən başladığı üçün gələcək anaların xüsusilə fol turşusu baxımından zəngin olan qidalarla bəslənməsi vacibdir. Fol turşusu lobya, ispanaq, bənövşəyi kök, limon və portağal kimi qidaların tərkibində var.

Мужчина в депрессии, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yaddaşın pozulması, ruh düşkünlüyü... Sizdə bu vitamin çatışmır

Yaddaş və zəka inkişafı baxımından B vitamini əhəmiyyətli bir yer tutur. Eyni zamanda B vitamini yeni hüceyrələrin yaranmasına və var olan hüceyrələrin qorunmasına kömək edir. Odur ki, B vitamini tərkibli banan, quru paxlalar, ət, balıq, yağsız süd, qatıq və yaşıl yarpaqlı tərəvəzlərin istifadəsi mütləqdir.

Beyin funksiyasının daha düzgün çalışması, yaddaşı gücləndirərək daha sürətli düşünə bilmək üçün Omega-3 baxımından zəngin balıq müəyyən aralıqlarla istifadə olunmalıdır. Beyində yaşlanma ilə birlikdə ortaya çıxan geriləməni yavaşlatmaq üçün E vitamini baxımından zəngin qoz, fındıq, yer fıstığı, günəbaxan tumu, küncüt, kətan toxumu yeyin.

Dopamin ifrazını təmin edən üzüm məsələ həlli istedadını artırır. Yüksək faizdə antioksidant tərkibli çiyələk, meşə giləmeyvəsi, pomidor, kök isə beyni qoruyur.

Bunlarla yanaşı qəhvə beynin işləməsinə dəstək verən siqnalların ən əhəmiyyətlilərindəndir. Qəhvənin tərkibində olan və beyində siqnal vəzifəsi görən kofeinin yorğunluğu azaldıcı təsirinin yanında diqqətsizlik və oyanıqlığı yüksəldən özəlliyi də var.

Xəbər lenti
0