Abşeronun palçıq vulkanları

Bakıda yenə palçıq vulkanı püskürdü

58
(Yenilənib 11:44 22.04.2018)
Birinci püskürmə səhər saat 8, ikinci isə saat 10 radələrində qeydə alınıb

BAKI, 22 aprel — Sputnik. Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında 2 dəfə püskürmə baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, birinci püskürmə səhər saat 8, ikinci isə saat 10 radələrində qeydə alınıb. Hazırda proses davam edir.

Qeyd edək ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq müşahidələr həyata keçirilir.

Torağay palçıq vulkanı ETSN-nin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Bu günədək vulkan 11 dəfə püskürüb. Sonuncu dəfə bu ərazidə 2018-ci ilin martın 1-də vulkan püskürməsi qeydə alınıb.

58
Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, püskürmə, palçıq vulkanı, Qaradağ rayonu
Pandemiyada imtahan

Qabiliyyət imtahanı üçün müsabiqə şərtləri açıqlandı

0
Oorta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2020-ci il 2-ci nömrəsi nəşr edilib

BAKI, 7 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2020-ci il 2-ci nömrəsini nəşr edib.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnalda orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) üzrə bölgüsü, kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, norma­tivlər və digər faydalı məlumatlar əksini tapıb.

Jurnalının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

0
Koronavirus testi, arxiv şəkli

Bu qurum əməkdaşlarını koronavirusa görə testdən keçirəcək

1
(Yenilənib 13:53 07.07.2020)
Təkliflərə iyulun 17-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Əlaqələndirici şəxs Məmmədyar Musayevdir.

BAKI, 7 iyul — Sputnik. “Azərsu” ASC əməkdaşlarının koronavirus testindən keçirilməsi üçün təkliflər sorğusu elan edib.

Sputnik Azərbaycan-ın məlumatına görə,  sorğuda iştirak etmək istəyənlər təkliflərini iyulun 16-sı, saat 16:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən inzibati binasına - qurumun Təchizat və satınalmaların idarə olunması departamentinin Satınalmalıarın təşkili şöbəsinə təqdim edə bilərlər.

Təkliflərə iyulun 17-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Əlaqələndirici şəxs Məmmədyar Musayevdir. Telefon: (012) 431-47-67 (daxili: 2288).

1

ÜST Rusiyanın COVID-19 vaksini ilə maraqlanıb

0
Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanın koronavirusa qarşı istehsal etdiyi vaksinlə maraqlanıb. Təşkilat bəyan edib ki, onlar sınaqların başa çatmasını gözləyir.

ÜST onu da qeyd edib ki, COVID-19-un müalicəsi üçün preparatların sınaqdan keçirilməsindən də agahdırlar. Rusiya eyni zamanda bir neçə məkanda könüllülərlə sınaqlar aparır. Bu sınaqların necə keçdiyini, könüllü iştirakçıların özlərini necə hiss etdiklərini və hansı ölkələrin vaksini hamıdan çox gözlədiyini videomuzda izləyin.

0