İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Dövlət başçısından müharibə veteranlarına böyük dəstək

1500
(Yenilənib 19:37 20.04.2018)
İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək

BAKI, 20 aprel — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına 1000 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncamın icrası məqsədi ilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə birdəfəlik maddi yardımın bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etmək tapşırılıb. 

1500
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp: “Regionda yaxşı münasibətlərimiz var, baxacağıq”

21
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub

BAKI, 28 sentyabr - Sputnik. ABŞ Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə izləyir. Baxacağıq görək, zorakılığı dayandıra biləcəyikmi.

Sputnik Azərbaycan bildirir ki, bunu bazar ertəsi jurnalistlərə ABŞ Prezidenti Donald Tramp deyib.

“Biz bunu çox diqqətlə izləyirik. Bizim həmin regionda yaxşı münasibətlərimiz var. Baxacağıq görək, onu (gərginliyi) azalda bilirikmi”, - Tramp bildirib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Co Bayden, arxiv şəkli
© REUTERS / Kevin Lamarque / File Photo

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

21
Teqlər:
Donald Tramp, Ermənistan, Azərbaycan, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı
Vaşinqtondan Ceyhun Bayramova zəng: Qarabağda son vəziyyəti soruşdular
Cənub qonşumuz bölgədə gərginliyin artmasından narahat oldu
Azərbaycan MN Ermənistanın itkilərini açıqladı: 550 nəfərdən çoxdur
Co Bayden, arxiv şəkli

Co Bayden Qarabağdan danışıb Rusiyaya eyham vurdu

31
Bayden deyib ki, Vaşinqton da öz yardım proqramlarını gözdən keçirməlidir ki, heç bir silahlanmanın hücum niyyətilə istifadə olunmayacağına zəmanət ala bilsin

BAKI, 28 sentyabr - Sputnik. Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden Dağlıq Qarabağdakı vəziyyətlə bağlı narahatlığını bildirərək atəşi dayandırmağa çağırıb.

“Dağlıq Qarabağda zorakılığın alovlanması məni dərindən narahat edir və təcili deeskalasiyaya, atəşkəsin bərpasına, Ermənistanla Azərbaycan arasında danışıqların yenilənməsinə çağırıram”, - siyasətçinin qərargahının bazar ertəsi yaydığı məlumatda deyilir.  

Onun fikrincə, ABŞ təmas xəttində müşahidəçilərin artırılmasında israr etməli, “Rusiyanı hər iki tərəfə silah tədarük etməkdən çəkindirməlidir”. Bundan başqa, Bayden deyib ki, Vaşinqton da öz yardım proqramlarını gözdən keçirməlidir ki, heç bir silahlanmanın hücum niyyətilə istifadə olunmayacağına zəmanət ala bilsin.

“Dağlıq Qarabağda zorkılığın artması daha iri regional münaqişəyə çevrilə bilər, ona görə regiondakı üçüncü tərəflər münaqişədən aralı durmalı, Minsk qrupunun vasitəçiləri isə dərhal deeskalasiyaya və danışıqların yenilənməsinə nail olmalıdırlar”, - Bayden deyib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

31
Teqlər:
ABŞ, Co Bayden, Azərbaycan, Ermənistan, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədilər
Cənub qonşumuz bölgədə gərginliyin artmasından narahat oldu
Azərbaycan MN Ermənistanın itkilərini açıqladı: 550 nəfərdən çoxdur
Ermənistan ordusunun daha bir neçə hərbi texnikası məhv edilib - VİDEO
Vaşinqtondan Ceyhun Bayramova zəng: Qarabağda son vəziyyəti soruşdular