Pul sayan qadın, arxiv şəkli

Vətəndaşlara ödənilən pul yardımları hesablara köçürüldü

1393
(Yenilənib 14:40 20.04.2018)
Ailə başçıları günortadan sonra həmin vəsaitləri müvafiq bank hesabınlarından çıxara bilərlər

BAKI, 20 aprel — Sputnik. Bayılda evləri dağılan ailələrə verilən maddi yardım hesablara köçürülüb. Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib.

Onun sözlərinə görə, Bayıl sürüşmə zonasında evləri dağılan 6 ailə üçün təyin olunan birdəfəlik maddi yardım artıq hesablara köçürülüb: "Ailə başçıları günortadan sonra həmin vəsaitləri müvafiq bank hesablarından çıxara bilərlər".

"Nazirlər Kabinetinin qərarı ilə Səbail rayonu, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə fevralın 10-da baş vermiş lokal torpaq sürüşməsi nəticəsində evi əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşən 6 yaşayış evinin sahibinə evin bir kvadrat metri üçün 700 manat, yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla ümumilikdə 347600 manat məbləğində birdəfəlik maddi yardım ödənilib" — deyə İ.Kərimov bildirib.

1393
Teqlər:
İsrafil Kərimov, Bayıl, Səbail Rayon İcra Hakimiyyəti, maddi yardım, ailə, hesab, ev
Əlaqədar
Son durum: Bayılda nə baş verir?
Bayıl sürüşmə zonasından yeni xəbər
Bayıldakı son vəziyyət açıqlandı: Problem daha da böyüyüb
Bayıl yamacında baş verən sürüşmə ilə bağlı cinayət işi açıldı
"Bayıl yamacı" sürüşməyə davam edir