Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda dəyirmi masa

Maliyyə müsabiqəsində qalib QHT-lərin maarifləndirmə sessiyası keçirilib

24
(Yenilənib 01:28 20.04.2018)
Tədbirdə QHT rəhbərləri və nümayəndələri onları maraqlandıran sualları Şura üzvlərinə ünvanlayıblar

BAKI, 19 aprel — Sputnik. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 1-ci maliyyə müsabiqəsi çərçivəsində qalib gələn təşkilatların maarifləndirmə sessiyası keçirilib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov QHT-lərlə müqavilə bağlanma prosedurları barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, əgər QHT müsabiqədə qalib gələrsə bu barədə onun elektron poçt ünvanına məlumat göndərilir, həmçinin müqavilə bağlanması üçün tələb olunan sənədlər və vaxt çərçivəsi barədə məlumatlandırılır: "QHT-lər Şuranın qəbul etdiyi qərar uyğun olaraq müsabiqəyə təqdim etdiyi layihə sənədlərində zəruri düzəlişlər etməlidir. Sənədlər elektron qaydada razılaşdırıldıqdan sonra QHT müqavilə bağlanması üçün Şuraya dəvət olunur".

F.Qurbanov müqavilə bağlanması üçün tələb olunan sənədlər, layihə idarə edilməsinin məqsədləri, istiqamətləri haqqında danışıb, layihələrin icrası zamanı riayət olunmalı tələbləri açıqlayıb.

Daha sonra tədbirdə QHT rəhbərləri və nümayəndələri onları maraqlandıran sualları Şura üzvlərinə ünvanlayıblar.

24
Əlaqədar
Ölkə QHT-lərindən 31 mart soyqırımı ilə bağlı yekdil mövqe
Siyasi partiya və QHT-lərlə bağlı yeni qərar
Azay Quliyev: "QHT-lərə ayrılan vəsaitləri azaltmağa məcburuq"
QHT-lər bu şərtə əməl etməsə...
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

14
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

14
İlham Əliyev, arxiv şəkli

Dövlət başçısı: Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır

40
Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

BAKI, 21 oktyabr — Sputnik. "Öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" hesabında yazıb.

Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü", - deyə o əlavə edib.

40
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Sergey Lavrov və Ceyhun Bayramov, arxiv şəkli

Sergey Lavrov Moskvada Ceyhun Bayramovla görüşüb

0
Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

BAKI, 21 oktyabr — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla görüşüb. Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirdiyinə görə, məlumatda qeyd olunub ki, 20 və 21 oktyabr tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

"Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib", - deyə məlumatda qeyd olunub.

0