Самолет AZAL

AZAL-ın təyyarələri 3 yeni istiqamətə uçacaq

139
(Yenilənib 17:01 19.04.2018)
Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi), soyuq və isti yeməklərin tam çeşidi daxildir

BAKI, 19 aprel — Sputnik. AZAL yay uçuş cədvəli çərçivəsində üç yeni istiqamət açır. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, "Azərbaycan Hava Yolları"nın yay uçuş cədvəli çərçivəsində üç yeni istiqamətə — Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərləri (iyunun 15-dən sentyabrın 1-dək), eləcə də Monteneqronun populyar kurortu olan Tivata (iyulun 5-dən sentyabrın 15-dək) Bakıdan birbaşa reyslər yerinə yetirəcək.

Reyslər komfortlu "Airbus A320" laynerləri ilə yerinə yetiriləcək.

Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi), soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Aviabiletləri AZAL-ın kassalarında və aviaşirkətin rəsmi agentliklərində https://www.azal.az/az/information/sales-offices bronlaşdırmaq və əldə etmək mümkündür. Yaxın zamanda yeni istiqamətlərə aviabiletləri www.azal.az saytında da əldə etmək mümkün olacaq.

139
Teqlər:
"Azərbaycan Hava Yolları" QSC, AZAL, Tivat, Dammam, Ər-Riyad, Monteneqro, Səudiyyə Ərəbistanı
Əlaqədar
AZAL ölkədən gediş-gəlişlə bağlı açıqlama yaydı
AZAL uçur və həm də "uçur"
AZAL-ın işində nöqsanlar tapıldı, Milli Məclisə məlumat verildi
AZAL böyük endirim etdi