Mətbəxdə su kranı. Arxiv şəkli

Bakıda ciddi narazılıq müzakirələrə səbəb olan problemə aydınlıq gətirildi

620
(Yenilənib 18:44 19.04.2018)
Paytaxtın Nərimanov, Yasamal, Xətai, Nizami rayonlarının və 9-cu mikrorayonun sakinləri şikayətçidir

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Bakıda abonentlər krandan gələn suyun keyfiyyətindən şikayətçidirlər. Sputnik Azərbaycan-ın məlumatına görə, sosial şəbəkə istifadəçiləri müzakirələr zamanı bildirirlər ki, su filtirlərini hər ay dəyişmək məcburiyyətində qalırlar. Halbuki, həmin filtrlər 3-6 ayda bir dəfə dəyişdirilməlidir.

Bəziləri isə daha da irəli gedərək kranın ağzındakı süzgəcli vintin içinə dolmuş pas, lil və kirəcdən ibarət çöküntünün nümayiş etdirildiyi videonu yayıblar. Onlar bildiriblər ki, bu vəziyyət Nərimanov rayonu ərazisində müşahidə edilir. Eyni vəziyyətdən Yasamal, Xətai, Nizami rayonlarının, eləcədə də 9-cu mikrorayonun sakinləri də şikayətçidir.

Çirkli su
Sputnik ©Karikatura
Çirkli su

Kranlardakı çirkli suyun müxtəlif səbəbləri ola bilər. "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a bildirib ki, bu, hal bir sıra amillərlə bağlıdır. Onun sözlərinə görə, krana yığılan bu çirkaba səbəb ötən əsrdə tikilmiş binaların zirzəmilərindəki istifadə müddəti başa çatmış köhnə metal borular, yeni tikililərin su anbarlarının təmizlənməməsi, ayrı-ayrı mənzillərdəki su çənlərində yaranan çöküntülər, abonentlərin özlərinin evlərə primitiv üsullarla su borularını çəkməsi səbəb ola bilər.

"Misal üçün insanlar yeni tikilən binalarda 10-15 ildir yaşayır, amma həmin müddətdə o binaların su anbarları təmizlənməyib. Standartlara görə, hövuzlar ildə azı br dəfə təmizlənməlidir" — deyə Cəbrayıllı bildirib.

O qeyd edib ki, bu su anbarlarının təmizlənməsi "Azərsu" ASC-nin pulsuz xidmətlərinə daxil deyil: "Bunun üçün abonentlər hövuzların təmizlənməsi sahəsində ixtisaslaşan özəl şirkətlərlə müqavilə bağlamaq hüququna malikdirlər, yaxud da ödənişli əsaslarla "Azərsu" ASC-yə müraciət edə bilərlər".

“Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı
© Photo : www.aznews.az
“Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı

Cəbrayıllının sözlərinə görə, "Azərsu" ASC yeni binalara gedən boru kəmərlərinin xidmətinə cavabdehdir: "Lakin yaşayış kompleksinin ərazisində su təchizatı sisteminin istismarına yerli komendant baxır. Bununla yanaşı, içməli su problemi yarandıqda, "Azərsu" ASC paslanmış boruları yeni polietilen borularla əvəz edir. Artıq 2 mindən yuxarı evdə bu işi görmüşük. Hazırda Bakıda bir neçə ünvanda borular dəyişdirilir".

ASC sözçüsü əminliklə deyib ki, bu gün içməli suyun keyfiyyəti ilə bağlı problem yoxdur: "Bir neçə il bundan əvvəl Ceyranbatan su anbarında və Kür çayının üzərində su təmizləyən qurğular yenilənib. Məhz bundan ötrü dövlət tərəfindən Ümumdünya Bankından 88,7 milyon dollar dəyərində kredit götürülüb".

Həmsöhbətimiz istənilən halda suyun keyfiyyətinə şübhə yarandıqda qurumun "qaynar xətt"inə zəng etməyi tövsiyə edir. Nəticədə "Azərsu" ASC öz nümayəndələrini göndərəcək: "Onlar suya baxır və zərurət olduqda idarənin mərkəzi laboratoriyasından ekspertlər dəvət edirlər. Ekspertiza başa çatandan sonra suyun çirklənməsinin səbəbi müəyyən edilir".

"Əgər müəyyən edilsə ki, borularda problem var, "Azərsu" bu problemi aradan qaldırır. Yox, əgər suyun çirkli olmasının səbəbi hovuzlar, su çənləri və mənzillərdəki paslanmış borulardırsa, bu problemlər sakinlərin özləri tərəfindən aradan qaldırılmalıdır" — A.Cəbrayıllı vurğulayıb.

620
Teqlər:
filtr, pas, kran, abonent, Anar Cəbrayıllı, çirkab, Sputnik Azərbaycan, su, sakin, "Azərsu" ASC, rayon
Əlaqədar
Prezident İlham Əliyevdən içməli su təminatı ilə bağlı vacib sözlər
Məşhur turizm cənnəti içməli su ilə təmin edildi
İçməli su probleminin həllində mühüm addım
Pirallahı rayonuna təmiz içməli su verildi
Əhalinin içməli su problemi birdəfəlik həll olunur
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

7
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

7

Təhsil şöbəsinin müdiri iki gündür xəstəxanadadır

40
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Yaşar Məhərrəmov Tərtər rayon Təhsil Şöbəsinə 2019-cu ilin oktyabrında müdir təyin edilib.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 11 avqust - Sputnik. Tərtər RTŞ-nin müdiri Yaşar Məhərrəmov iki gün öncə kəskin ürək çatışmazlığı ilə bağlı xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, Yaşar Məhərrəmovun sağlamlıq durumu hazırda kafidir.

Onu da qeyd edək ki, 1978-ci il təvəllüdlü Yaşar Məhərrəmov Tərtər rayon Təhsil Şöbəsinə 2019-cu ilin oktyabrında müdir təyin edilib. Ona qədər Tərtər rayon Sarıcalı kənd orta məktəbində direktor işləyib.

Rayon sakinlərinin bildirdiyinə görə, Yaşar Məhərrəmov fəaliyyətə başlayandan sonra Tərtər rayon təhsilində rüşvət kimi neqativ hallar aradan qaldırılıb.

40