CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyada axtarılırdı, Astarada tutuldu

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşları aprel ayının 16-da uğurlu əməliyyat axtarış tədbirləri həyata keçiriblər.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi məlumata görə, keçirilən əməlliyat-axtarış tədbirləri nəticəsində Astara rayonunun Şahağacı kənd sakini Bəhruz Cəfərov saxlanılaraq üzərindən 5 bükümdə, ümumi çəkisi 0,7 qram narkotik vasitə olan heroin və bir bükümdə, 4,3 qram çəkidə tiryək aşkar edilərək götürülüb.

Keçirilən əməliyyat tədbirlərinin davam olaraq Bəhruz Cəfərovun Şahağacı kəndində yaşadığı evə baxış zamanı 3 kiloqram 90 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə cinayət işi başlanılıb. Aparılan araşdırmalardan sonra o da məlum olub ki, Bəhruz Cəfərov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi (Narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə hazırda axtarışdadır.

Xəbər lenti
0