CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı qadın döyülərək öldürülüb

© REUTERS / Murad SezerTürkiyədə polis avtomobili, arxiv şəkli
Türkiyədə polis avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə araşdırılır.

BAKI, 17 aprel — Sputnik. Türkiyədə azərbaycanlı qadın döyülərək öldürülüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Dənizli bölgəsinin Pamukkale ilçəsində 33 yaşlı Türkay İsayeva qaldığı mənzildə döyülərək öldürürlüb. Cinayətin kim tərəfindən törədildiyi araşdırılır.

Hadisə bu gün səhər saatlarında baş verib. Azərbaycan vətəndaşı, 2 uşaq anası olan Türkay İsayevanın meyidi qonşuları tərəfindən aşkarlanıb. Hadisə yerinə polis və təcili yardım çağırılıb. Azərbaycanlı qadının döyülərək öldürüldüyü məlum olub.

Onun qonşuları Türkay İsayevanın evində tez-tez dava-dalaşın olduğunu və bu evdə kazinolarda işləyən qadınların qaldığını bildiriblər.

Hadisə araşdırılır.

Xəbər lenti
0