Üçüncü mikrorayon dairəsindəki yolayrıcında xalq dilində qul bazarı adlandırılan işçi bazarı

İşsizlər bu xəbəri mütləq oxusunlar

281
(Yenilənib 10:06 17.04.2018)
Bu il respublikamızın 56 rayon və şəhərində əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur

BAKI, 16 aprel — Sputnik. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 2018-ci il üzrə İş Planına uyğun olaraq, bu il respublikamızın 56 rayon və şəhərində əmək yarmarkalarının keçirilməsi planlaşdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədinə yönələn bu aktiv məşğulluq tədbirlərinin təşkili ilə əlaqədar işəgötürənlərlə əməkdaşlıq şəraitində müvafiq hazırlıq işləri aparılır. Yarmarkalar zamanı müvafiq rayon və ya şəhər üzrə idarə, müəssisə və təşkilatlarda olan boş (vakant) iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunacaq. Həmin vətəndaşlara seçdikləri və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Eyni zamanda, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Dövlət Məşğulluq Xidmətinin Əmək Birjalarının fəaliyyət göstərdiyi şəhərlərdə keçirilən əmək yarmarkalarında isə müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən vətəndaşlar üçün həmin Birjaların iştirakı da təmin ediləcək.

Cari il ərzində həmçinin ölkəmizin təqribən 10 ali təhsil müəssisəsində tələbə və məzunlar üçün "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də nəzərdə tutulub.

Xatırladaq ki, ötən il respublikamızın rayon və şəhərlərində keçirilən əmək yarmarkaları zamanı vakant iş yerlərinə göndəriş verilən vətəndaşlardan 90 faizə qədəri həmin iş yerlərində işlə təmin ediliblər.

281
Teqlər:
işsizlər, əmək yarmarkası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, vakansiya
Facebook şirkətinin Menli Parkdakı ofisinin qarşısında like ikonası, arxiv şəkli

İllinoys sakinləri məhkəmədə Facebook-dan 650 milyon dollar uddular

8
Facebook əvvəl kollektiv iddianın yoluna qoyulması üçün 550 milyon dollar təklif etmiş, ancaq San-Fransisko dairə məhkəməsi bu məbləğin kifayət qədər olmayacağını bildirmişdi

BAKI, 27 fevral — Sputnik. Kaliforniya məhkəməsi İllinoys ştatı sakinlərinin kollektiv iddiasını təmin etmək üçün Facebook şirkətinin 650 milyon dollarlıq təklifini təsdiqləyib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Chicago Tribune yazır.

İllinoys ştatının sakinləri 2015-ci ildə məhkəmədə Facebook şirkətinə qarşı iddia qaldıraraq onun üztanıma texnologiyasından istifadə edərək biometrik məlumatları topladığını və bu səbəbdən qanunu pozduğunu demişdilər. Facebook əvvəl kollektiv iddianın yoluna qoyulması üçün 550 milyon dollar təklif etmiş, ancaq San-Fransisko dairə məhkəməsi bu məbləğin kifayət qədər olmayacağını bildirmişdi.

Məhkəmənin qərarına əsasən, ştatın 1.6 milyon sakinindən hər biri kompensasiya qismində şirkətdən ən azı 345 dollar alacaq. Məbləğin bir qismi hüquqşünasın xidmətinin ödənməsinə sərf olunacaq.

Hakim Ceyms Donato bu işi "əlamətdar nəticə" adlandırıb: "Ümumilikdə iddianın təmin olunması rəqəmsal mühitdə hər zaman aktual problem olan şəxsi məlumatların qorunması baxımından istehlakçılar üçün ciddi qələbə deməkdir". 

Bir qədər öncə Facebook-dan bildirilib ki, sosial şəbəkədə üztanıma texnologiyasından avtomatik olaraq istifadə edilməyəcək. Şirkətdən bəyan ediblər ki, istifadəçilərin hər zaman üztanıma texnologiyasından istifadə edib-etməmə kimi seçimi olub, ancaq söz veriblər ki, gələcəkdə bu funksiya ilkin variantda söndürüləcək, istifadəçilər ondan istifadə etmək istəsələr, bunu əyarlarda özləri tənzimləyə biləcəklər.

8
Teqlər:
ABŞ, İllinoys, iddia, məhkəmə, Facebook
Türkiyədə epidemioloji vəziyyət

Məşhur aktyorun koronavirus tədbiri - tez-tez test etdirir

9
Aktyor ötən ay 750 min TL-yə (təxminən 168 min manat) aldığı treyleri çəkiliş meydanında saxlayır və yalnız ondan istifadə edir.

BAKI, 27 fevral — Sputnik. Aktyor Kıvanç Tatlıtuğ tərəf-müqabili Özge Özpirinçci ilə baş rolunu paylaşdığı "Bir Denizaltı Hikayesi" serialının çəkilişləri zamanı koronavirus səbəbi ilə bəzi tədbirlər görüb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor çəkiliş heyətinin onun üçün hazırladığı treyleri (təkərlər üstündə ev - red.) qəbul etməyib.

Aktyor ötən ay 750 min TL-yə (təxminən 168 min manat) aldığı treyleri çəkiliş meydanında saxlayır və yalnız ondan istifadə edir. 37 yaşlı aktyor tez-tez koronavirus testi etdirərək virusa yoluxub-yoluxmadığını yoxlayır.

9
Teqlər:
test, Koronavirus, COVID-19, serial, aktyor, Türkiyә
Mövzu:
Yeni tip koronavirus pandemiyası