NETTY

NETTY 2018 İnternet Mükafatı iştirakçılara müraciət etdi

25
(Yenilənib 18:23 16.04.2018)
Qeyd edək ki, Sputnik Azərbaycan tədbirin informasiya tərəfdaşıdır

BAKI, 16 aprel — Sputnik. NETTY 2018 Azərbaycanın Milli İnternet Mükafatın qaliblərinin seçilməsinə start verilib.

Əsası 2004-cü ildə qoyulmuş NETTY mükafatı hər il Azərbaycanın ən yaxşı İT-layihələrini, əhəmiyyətli veb-resursları və informasiya texnologiyaları sahəsində qabaqcıl xadimləri aşkar edir və mükafatlandırır.

Müsabiqə iştirakçılarının ərizə qəbulu 2018-ci il aprelin 15-dən mayın 15-dək www.netty.az saytında davam edəcək. 15 maydan başlayaraq 22 mayadək mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi başlayır. 22 mayda nominantlar sırasından qaliblərin müəyyən edilməsi üçün NETTY Akademiyası səsverməyə başlayacaq.

NETTY 2018-in qalibləri rəsmi olaraq təntənəli mükafatlandırma mərasimində elan edilirlər. Müsabiqənin əsas mükafatı olan NETTY heykəlciyi qaliblərə təqdim edilir. Mərasimə mükafatın bütün nominantları dəvət olunur. Mərasimin keçirilmə tarixi və yeri barədə əlavə olaraq bildiriləcək.

Müsabiqə çərçivəsində həmçinin müsabiqədənkənar həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir.

"Virtual münsiflər heyəti" internet-istifadəçilərdən formalaşdırılır. Sosial şəbəkələrin köməyi ilə mükafatın saytında qeydiyyatdan keçmiş istifadəçilər münsiflər heyətinin üzvü olmaqla müsabiqə nominantlarının seçməsində iştirak edə bilərlər. Virtual münsiflər heyəti müsabiqə iştirakçılarının ümumi sayından "Virtual münsiflər heyətinin seçimi" nominasiyası üzrə üç nominantı seçir.

Müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılan "Ekspert şurası" dizayn, proqramlaşma, marketinq, jurnalistika və digər sahələrdə mütəxəssis olan şəxslər tərəfindən təmsil olunur. Ekspert şurası hər nominasiya üzrə üç nominant seçir.

"NETTY Akademiyası" Azərbaycanın ictimai, dövlət və biznes-strukturlarda fəaliyyət göstərən nüfuzlu şəxsiyyətlərlə təmsil edilir. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edir.

Ənənəvi olaraq, müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı resurslar elan olunacaq: "Azərbaycan", "Dövlət saytı", "Təhsil və elm", "Mədəniyyət və incəsənət", "Cəmiyyət", "İnformasiya və xəbərlər", "Servis-sayt", "Korporativ sayt", "Elektron ticarət sahəsində ən yaxşı layihə", "İdman", "Şəxsi sayt", "Virtual Münsiflər heyətinin seçimi", "Facebook-da ən yaxşı səhifə". Bütün əsas nominasiyalarda qeydiyyat ödənişlidir.

Müsabiqə çərçivəsində həmçinin "İlin Mobil proqramı" nominasiyası və "Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə" və "ilin İT-Hadisəsi" fəxri nominasiyalar üzrə mükafatlar veriləcək.

Bu il müsabiqə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və  Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.

Mükafatın Baş partnyoru — NAR şirkətidir.

Qızıl partnyor — "Azintelecom" şirkətinin Data Mərkəzi.

Mi Mobile şirkəti, Carlsberg Azerbaijan şirkəti, BakuTel sərgisi, SmartHost şirkəti, KATV1 şirkəti, Golden Pay şirkəti, DEJURE layihəsi, Renley.az veb-agentliyi mükafatın rəsmi partnyorları qismində çıxış edirlər.

Layihənin informasiya partnyorları: Infocity jurnalı, CBC telekanalı, Sputnik.az, Oxu.az, Media.az, Salamnews.org, DeJure.az.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY — Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır.

Mükafatla bağlı əməkdaşlıq məsələləri üzrə info@netty.az ünvanına müraciət edə bilərsiniz.

Qeyd edək ki, Sputnik Azərbaycan tədbirin informasiya tərəfdaşıdır.

25
Teqlər:
NETTY, iştirak, müsabiqə, müraciət
Əlaqədar
Ekspert: “NETTY” Azərbaycanda İT sahəsində ən yaxşı layihələri qiymətləndirir”
Sputnik Azərbaycan NETTY Milli internet mükafatının qalibi oldu