Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

Polis bu qadını axtarır FOTO

688
(Yenilənib 17:46 16.04.2018)
Səbinə Bünyatova aprelin 8-də Səbail rayonunda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb

BAKI, 16 aprel — Sputnik. Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Səbinə Bünyatova aprelin 8-də Səbail rayonunda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin qadının xarakterik əlamətləri belədir: boyu 150 sm, arıq bədən quruluşludur, qısa sarı saçı var. Evdən çıxarkən əynində göy cins şalvar, qara gödəkçə və göy rəngli idman ayaqqabısı olub.

Səbinə Bünyatova
© Foto : DİN
Səbinə Bünyatova

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Səbail Rayon Polis İdarəsinə, 8-ci Polis Bölməsinə (012) 437-02-02, (012) 491-02-02, (050) 210-59-05 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

688
Teqlər:
itkin düşən, polis, qadın