Akademik Milli Dram Teatrı

"Cəhənnəm sakinləri" Türkiyəyə gedir

27
(Yenilənib 16:51 16.04.2018)
Aprelin 30-da "Cəhənnəm sakinləri" tamaşasını oynayacaq

BAKI, 16 aprel — Sputnik. Akademik Milli Dram Teatrı Konya şəhərində keçiriləcək "Min nəfəs, bir səs" Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil edəcək.

Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi aprelin 30-da "Cəhənnəm sakinləri" tamaşasını oynayacaq. Bundan başqa, Akademik Milli Dram Teatrının rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçiriləcək, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılacaq, aktyor və rejissorlar seminarlarda iştirak edəcəklər.

Akademik Milli Dram Teatrı
© Sputnik / Anar Mustafayev

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub. Səhnə əsərində xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu iştirak edirlər. Tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

Qeyd edək ki, bölgənin ilk beynəlxalq teatr festivalı olan tədbirin təşkil olunmasının məqsədi Türkiyə dövlət teatrları və müxtəlif ölkələrdən olan truppalar arasında gələcək əməkdaşlığın qurulması istiqamətində addımlar atmaqdır. Festivala həmçinin, çoxmədəniyyətli anlaşma və ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədinə xidmət edir.

27
Teqlər:
festival, Akademik Milli Dram Teatrı, Türkiyə, tamaşa
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

44
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

44
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

38
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

38
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"