Təyyarə

Moskvadan Bakıya gecə reysi: Onu Rusiyada, Azərbaycanda arzu etmirlər

1208
(Yenilənib 21:32 13.04.2018)
Daxili İşlər Nazirliyi Gürcüstan əsilli kriminal avtoritetə onun burada qalmasının arzuedilən olmadığını bildirib

BAKI, 13 aprel — Sputnik. Kriminal avtoritet, mənsub olduğu mühitdə İlqar Dmanisski adı ilə tanınan 1977-ci il təvəllüdlü Əliyev İlqar İbrahim oğlu Moskvadan Bakıya deportasiya edilib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Azərbaycan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə artıq Əliyevin aprelin 12-də aviareyslə gəldiyi məlumdur.

Rusiyanın hüquq-mühafizə orqanlarının qərarı ilə Əliyevə ölkə sərhədlərinə daxil olmaq ömürlük qadağan edilib. "Qanuni oğru" narkotik saxlamağa görə həbsdə yatıb və cəzasını çəkəndən sonra aprelin əvvəllərində azadlığa çıxıb.

Lakin Azərbaycan kriminal avtoritetlərlə sərt mübarizə aparır və görünür, Əliyev burada da uzun müddət qala bilməyəcək. Artıq AR-nın Daxili İşlər Nazirliyindən Gürcüstan əsilli kriminal avtoritetə onun burada qalmasının arzuedilən olmadığını bildiriblər. O, yaxın zamanlarda Azərbaycan ərazisini tərk etməlidir, əks təqdirdə müvafiq tədbirlər görüləcək.

Xatırladaq ki, Rusiya DİN-i bu yaxınlarda ən fəal "qanuni oğrular"ın siyahısını hazırlayıb. Onlar 432 nəfərdir. Onlardan 318 nəfəri hazırda azadlıqdadır, 114-ü həbsxanada. 31 "qanuni oğru" istintaq altında, 19-u isə axtarışdadır. Həmişə olduğu kimi, kriminal avtoritetlər arasında ilk yeri gürcülər (242) tutur. Sonrakı yerləri ruslar (51), ermənilər (30), yezidilər (26), azərbaycanlılar (16), abxazlar (10), çeçenlər (8) və yəhudilər (7) bölüşür.

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev kriminal avtoritetlərin ölkədən çıxarılması barədə qərar qəbul edib. İlqar Dmanisski də məhz bu qərar əsasında ölkədən çıxarılıb.

1208
Teqlər:
təyyarə, Azərbaycan, Rusiya, deportasiya, kriminal avtoritet