Bağlı yol, arxiv şəkli

Diqqət: Bu yol mayın 1-ə qədər bağlı olacaq

77
(Yenilənib 20:55 13.04.2018)
Yarışlarla əlaqədar olaraq Azneft dairəsi aprel ayının 23-dən may ayının 1-nə kimi bağlı olacaq

BAKI, 13 aprel — Sputnik. Builki Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı Azneft dairəsində hərəkət məhdudlaşdırılıb. 23-dən may ayının 1-nə kimi isə dairəyə giriş tam bağlanacaq.

Sputnik Azərbaycan qafqazinfo-ya istinadla xəbər verir ki, dairədə tamaşaçılar üçün tribunanın yaradılması burada avtomobillərin hərəkət hissəsinin daraldılmasına səbəb olub. Bəs hazırda sürücülər hansı alternativ yollardan istifadə edə bilər?

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, yarışlarla əlaqədar Azneft kimi tanınmış dairədə avtomobillərin hərəkət istiqamətində müəyyən dəyişikliklər edilir: "Yəni, dairə kimi tanınan ərazi tamaşaçıların seyr etməsi üçün nəzərdə tutulan sahənin düzəldilməsi ilə bağlı daralıb. Neftçilər prospekti, Azneft dairəsindən istifadə edən sürücülərə bildiririk ki, Bayıl "20-ci sahə" və oraya aid digər ərazilərdən bu istiqamətə gələnlər unutmasınlar ki, dairədə hərəkət məhdudlaşdırıldığından hərəkət istiqaməti yalnız düzünə, Neftçilər prospekti ilə Azadlıq istiqamətində nəzərdə tutulub.

Eyni zamanda, Niyazi küçəsindən Azneft dairəsinə yaxınlaşanlar isə Bayraq Meydanı istiqamətində və yaxud sola, Neftçilər prospekti istiqamətində hərəkət edə bilər. Həmin ərazi artıq əməkdaşlarımızın nəzarətindədir. Orada xidmət aparılır və keçmə növbəliyi təmin edilir".

Qeyd edək ki, yarışlarla əlaqədar olaraq Azneft dairəsi aprel ayının 23-dən may ayının 1-nə kimi bağlı olacaq. Artıq bununla bağlı ərazidə xəbərdarlıq lövhələri də yerləşdirilib. V. Əsədov dairə bağlandıqdan sonra istifadə olunacaq alternativ yollar barədə yaxın günlərdə mediaya məlumat veriləcəyini vurğulayıb.

77
Teqlər:
Formula 1 Azərbaycan Qran Prisi, bağlı, Azneft dairəsi, yol
Qoruyucu maskada olan müsəlman kişi cümə namazının başlamasını gözləyir, arxiv şəkli

Operativ Qərargahın mömin insanlardan gözləntisi var

1
(Yenilənib 11:41 15.08.2020)
Prezidentin köməkçisi: Möminlərdən epidemioloji vəziyyəti nəzərə alaraq qarşıdan gələn dini mərasimlərdə kütləviliyə yol verilməməsini xahiş edirik.

BAKI, 15 avqust — Sputnik. "Qarşıdan Məhərrəm ayı gəlir. Mömin insanların hissləri və inanclarına hörmətlə yanaşırıq. Bu kimi mərasimlər hər zaman ölkəmizdə keçirilib".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildiirb ki, hazırkı vəziyyətlə əlaqədar oaraq digər müsəlamn ölkələrinin də təcrübəsi öyrənilir: "Biz qarşıdakı ayda kütləviliyə yol verilməməsi üçün insanlara səslənirik. Mömin insanlarımızın, vətəndaşlarımızın bu qaydalara ciddi şəkildə riayət edəcəyini gözləyirik".

 

1

Prezidentin köməkçisi vətəndaşlara müraciət etdi

1
"Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər"

BAKI, 15 avqust - Sputnik. “Dünya üzrə koronavirusa yoluxma sayı 21 milyondan çoxdur”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Azərbaycanda son günlər ərzində rəqəmlərdəki müsbət dinamika hər birimizi sevindirir. Bu rəqəmlərin aşağı düşməsi vətəndaşların məsuliyyətli davranışı və karantin qaydalarına əməl etməsi nəticəsində əldə olunub. Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər”, - o bildirib.

1
Polis postu, arxiv şəkli

Paytaxtdan rayona gedənlər orada xəstəliyi artırıblar

0
Hacıyev bildirib ki, ezamiyyə vərəqləri ilə rayonlara gediş-gəliş rayonlarda COVID-19-a yoluxmada müəyyən artıma səbəb olub.

 

BAKI, 15 avqust — Sputnik. "Rayonlara gediş-gəlişin açılması müzakirə olunur. Lakin hələlik bu haqda qərar vermək erkən olardı. Bir çox məqamlar xırdalığına qədər, elmi nöetəyi-nəzərdən də araşdırılır".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, ezamiyyə vərəqləri ilə rayonlara gediş-gəliş rayonlarda COVID-19-a yoluxmada müəyyən artıma səbəb olub.

 

0