Kəramət Böyükçöl

"Azərbaycan Dəmir Yolları": Onun dəmir yoluna heç bir dəxli yoxdur

584
(Yenilənib 04:29 13.04.2018)
ADY: "Dəmir yolundan ona mənzil verilməsi haqqında yazılanlar absurddur".

BAKI, 13 aprel — Sputnik. Son günlər bəzi elektron KİV-lərdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun jurnalist Kəramət Böyükçölə ev bağışlaması haqqında məlumatlar yayılıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (ADY QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Sputnik Azərbaycan-a açıqlamasında deyilənlərin real olmadığını bildirib.

O, qeyd edib ki, bu informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir:

"Dəmir yolunda uzun illərdir məsuliyyətli və gərgin əməyə qatlaşan yüzlərlə dəmiryolçu mənzil növbəsində dayanıb. Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunana qədər dəmiryolçulara mənzil verilməsi dayandırılıb. İndi onun yenidən bu məsələyə xüsusi diqqət ayrılması, görünür, kimlərisə narahat edir. Bir müddət bundan əvvəl də KİV-lərdə bu tipli dezinformasiyalar dövriyyəyə buraxılmışdı. O zaman Cavid Qurbanov bildirmişdi ki, qələm adamlarına mənzil verilməsi kimi humanist məsələ ancaq ölkə başçısının səlahiyyətindədir. "Mənim xidməti vəzifəmin sosial istiqamətinə ancaq dəmiryolçuların mənzil probleminin həlli daxildir"".

Qədirova qeyd edib ki, Kəramət Böyükçölün ümumiyyətlə dəmir yolu nəqliyyatına heç bir aidiyyatı yoxdur. Azərbaycan dəmir yolunda bu adda şəxs heç vaxt çalışmayıb və mənzil növbəsində dayanmayıb. Elə bu məntiqlə demək olar ki, dəmir yolundan ona mənzil verilməsi haqqında yazılanlar absurddur.

"Son olaraq bildirirəm ki, KİV-lərdə qarşı tərəfin mövqeyini öyrənmədən, faktları araşdırmadan belə yazıları yaymaq qeyri-peşəkarlıqdır. Belə müəlliflərin yazdıqları "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində aparılan əsaslı islahatlara kölgə salmaqdan başqa bir şey deyil".

584
Teqlər:
dəmir yolu, mənzil, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Kəramət Böyükçöl, Cavid Qurbanov
Əlaqədar
Dəmiryol Vağzalında faciə: Qatar kişinin üstündən keçdi
Dəmiryol istifadəçilərinə şad xəbər
Bakıda növbəti söküntünün ünvanı dəmiryol vağzalı ətrafındakı obyektlərdir