Hamilə qadın

Valideynlərinin ölümündən 4 il sonra dünyaya gəldi

88
(Yenilənib 20:47 12.04.2018)
9 ay sonra sağlam şəkildə dünyaya gələn Tiantian adlı uşaq dünyaya gəlir

BAKI, 12 aprel — Sputnik. Çində ər və arvad 4 il əvvəl yol qəzasında ölüblər. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzadan öncə uşaq sahibi olmaq istəyən cütlük uşaq dünyaya gətirmək üçün müalicə zamanı embrionlarını dondurmaq qərarına gəliblər.

Amma cütlük müalicəni sonlandıra bilmədən ölüblər. Cütlüyün ana və ataları isə övladlarının embrionlarını qorumaq qərarına gəliblər.

Əvvəlcə uşaqlarının xatirəsini yaşatmaq üçün surroqat ana axtarıblar. İki ailə surroqat ana olmaq istəyib. Öncə DNT testi edilib və məhkəmə qərarı ilə embrionları alan ailələr Laosa getməli olub.

Uşağın Çin vətəndaşı olması üçün surroqat anaya turist vizası verilib. 9 ay sonra Tiantian adlı uşaq sağlam şəkildə dünyaya gəlib.

Nənə və babalar nəsillərinin davamçısının dünyaya gəlməsinə çox sevindiklərini dilə gətiriblər.

88
Əlaqədar
Hamilə qadın əri tərəfindən möhkəm döyüldü
Hamilə qadın uşaqlarını öldürdü
Hamilə rus qadın ailəsini vətəninə qaytarmağı xahiş edir
Hamilə qadın dünyasını dəyişdi