Azərbaycanın Tbilisidəki səfirliyində prezident seçkiləri

Daha iki təşkilat İlham Əliyevi qalib elan etdi

33
"Artur J.Finkelstein and Associates" və "Opinion Way" "exit-poll"un nəticəsini açıqlayıb

BAKI, 11 aprel — Sputnik. ABŞ-ın "Artur J.Finkelstein and Associates" (AJF) təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə Azərbaycandakı prezident seçkilərində keçirdiyi "exit-poll"un nəticəsini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, "exit-poll"da iştirak edən seçicilərdən 85.57 qə­dəri prezident İlham Əliyevə səs verdiklərini bildiriblər.

Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:

Qüdrət Həsənquliyev 2.96%, Zahid Oruc 2.92%, Sərdar Cəlaloğlu 2.48%, Hafiz Hacıyev 1.76%, Araz Əlizadə 1.42%, Fərəc Quliyev 1.52%, Razi Nurullayev 1.37%.

Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way" təşkilatı ilə birlikdə prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb. "Exi­t-poll"da iştirak edən 1495 nəfər seçicidən 86,53 faizi Prezident İlham Əliyevə səs verdiklər­ini bildiriblər.

Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:

Qüdrət Həsənquliyev 3.10%, Zahid Oruc 2.92%, Sərdar Cəlaloğlu 2.81%, Hafiz Hacıyev 1.73%, Araz Əlizadə 1.21%, Fərəc Quliyev 1.3%, Razi Nurullayev 0.67 %.

33
Teqlər:
nəticələr, "exit-poll", seçki, İlham Əliyev
Əlaqədar
"Exit-poll"un ilkin nəticələri açıqlandı: İlham Əliyev böyük üstünlük qazanıb