Həbsxanada səsvermə

Məhbuslar prezident seçkisində iştirak edir

50
(Yenilənib 15:13 11.04.2018)
Təcridxanadakı seçki məntəqəsində aktivlik müşahidə edilir

BAKI, 11 aprel — Sputnik. AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində prezident seçkiləri ilə bağlı səsvermə keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakıdakı 1 saylı istintaq təcridxanasında müstəntiq və məhbuslardan ibarət 1058 seçici qeydiyyatdadır.

Cəzaçəkmə müəssisəsində 26 saylı Sabunçu 1-ci dairə seçki komissiyasının iki məntəqəsi — 37 və 38 saylı məntəqələri yerləşir.

Bununla belə, DSK üzvlərinin məlumatına görə, məhbusların sayından asılı olaraq məntəqələrdə seçicilərlə bağlı rəqəmlər dəyişə bilər.

Səhər saat 10:30-a olan məlumata görə, 400-dən artıq məhbus səs verib.

37-ci məntəqə seçki komissiyasının sədri Aslan Mirzəyevin sözlərinə görə, seçicilərin 25% —i səs verib. Müşahidəçilərin sözlərinə görə, burada seçici fəallığı hiss olunur. Seçki komissiyaları da öz növbəsində səsvermə prosesinin şəffaflığını təmin etməyə çalışır.

Qeyd edək ki, bu gün Azərbaycanda keçirilən prezident seçkilərində 8 namizəd iştirak edir: Yeni Azərbaycan Partiyasından hazırkı prezident İlham Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyev, Azərbaycanın Sosial Demokrat Partiyasından Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı" partiyasından Fərəc Quliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, Azərbaycan Demokrat Partiyasından Sərdar Məmmədov (Cəlaloğlu), namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Oruc və namizdəliyi "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Razi Nurullayev.

50
Teqlər:
məhbus, səsvermə, Penitensiar xidmət, seçki
Bakıda yerüstü piyada keçidi, arxiv şəkli

BNA yeraltı yerüstü keçidlərə qarşıdır

1
(Yenilənib 17:54 25.11.2020)
BNA ümumiyyətlə şəhər daxilində bu tip keçidlərin təşkilinin əleyhinədir: "Bu, bizim yanaşmamızdır. Biz daha çox nizamlanan piyada keçidlərini təşkil etməyə çalışırıq".

BAKI, 25 noyabr — Sputnik. Növbəti il üçün Bakı şəhərində üst piyada keçidlərin işıqlandırılması məsələsi tədbirlər planına daxil edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, yeraltı və yerüstü piyada keçidlərinə gəldikdə, BNA ümumiyyətlə şəhər daxilində bu tip keçidlərin təşkilinin əleyhinədir: "Bu, bizim yanaşmamızdır. Biz daha çox nizamlanan piyada keçidlərini təşkil etməyə çalışırıq".

1
Teqlər:
yeraltı keçid, yerüstü keçid, BNA
COVID-19 virusundan ölən şəxsin meyiti morqa yerləşdirilir, arxiv şəkli

Ermənistanda bir gündə 38 nəfər koronavirusdan öldü

2
(Yenilənib 17:55 25.11.2020)
Ermənistanda son gündə daha 38 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2040-a çatıb. Xəstəlikdən sağalanların sayı 100913 nəfər olub.

BAKI, 25 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 129085-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1563 nəfər artıb.

Ermənistanda son gündə daha 38 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2040-a çatıb. Xəstəlikdən sağalanların sayı 100913 nəfər olub. Hazırda bu ölkədə 25619 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

2
Teqlər:
yoluxma, Koronavirus, COVID-19, Ermənistan