Кабинет министров Азербайджанской Республики

Hökumətdən paytaxtdakı təmizliyə dair vacib qərar

100
(Yenilənib 00:58 11.04.2018)
Şəhər rayonlarında məişət tullantılarının saxlanılması və təmizlənməsi qaydası dəyişib

BAKI, 11 aprel — Sputnik. Nazirlər Kabineti "Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"nda dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu Qaydalar şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydalarını müəyyən edir. 

Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin təmizlənmə və yığışdırılma sistemi məişət tullantılarının (yaşayış sahələrinin ərazisində toplanmış təsərrüfat-məişət, həmçinin yaşayış və ictimai binaların, ticarət müəssisələrinin, ictimai iaşə və mədəni-məişət sahələrinin tullantılarının, küçə tullantılarının, süpürüntülərinin və digər məişət tullantılarının) məqsədyönlü yerləşdirilməsi, tezliklə kənar edilməsi, zərərsizləşdirilməsi və utilizə edilməsi tədbirlərini nəzərdə tutur. Yaşayış əraziləri, küçə və keçidlər, mədəni-məişət obyektləri, müxtəlif müəssisələrin və təşkilatların əraziləri, parklar, meydanlar, istirahət və ictimai istifadə yerləri təmizlənmə obyektləridir.

Dəyişiklik küçələrin yığışdırılması ilə bağlıdır. Qaydalara əsasən bütün meydan və küçələrdə, bağlarda, parklarda, şəhər nəqliyyatı dayanacaqlarında, metro girişlərində və s. ərazilərdə kommunal-təsərrüfat orqanları tərəfindən, vağzallarda, aeroportlarda, dəniz limanlarında, bazarlarda və digər yerlərdə isə bu təşkilatların rəhbərliyi tərəfindən kifayət qədər tutumlar (urnalar) qoyulmalıdır. Əhali çox olan yerlərdə tutumlar (urnalar) arası məsafə 40 metrdən çox, əhali az olan yerlərdə isə bu məsafə 100 metrdən çox olmamalıdır. İndiyə qədər şəhər rayonları istisna olmaqla, şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalı, tutumlar dolma həddindən asılı olmayaraq sistematik təmizlənməli idi. Dəyişikliyə əsasən şəhər rayonları ilə bağlı istisna ləğv olunub. Başqa sözlə, artıq şəhər rayonlarında da tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalı, tutumlar dolma həddindən asılı olmayaraq sistematik təmizlənməlidir.

100
Əlaqədar
Hökumət daha bir qurumu ləğv etdi
Hökumət əhalinin mənafeyini nəzərə alaraq qərar verdi
Hökumət bəzi peşə sahiblərinin maaşını artırdı
Hökumət işsizləri xaricə göndərəcək, amma necə?
Xəstəxana, arxiv şəkli

Azərbaycanda İİV xəstələrinin sayı açıqlandı

3
Bir dekabr 2020-ci il tarixinə İİV ilə yaşayan 7 247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb.

BAKI, 1 dekabr — Sputnik. "1 dekabr 2020-ci il tarixinə İİV ilə yaşayan 7 247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb, onlardan 1 864 nəfər QİÇS mərhələsindədir. İİV infeksiyasından ölənlərin sayı 1 082 nəfərdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib.

O bildirib ki, bu ilin ilk 11 ayı ərzində Azərbaycanda 494 yeni yoluxma halı təsdiqlənib: "484 nəfər (98.0%) Azərbaycan vətəndaşı, 10 nəfər (2.0%) əcnəbidir. Azərbaycanın yoluxmuş 316 (65,3%) vətəndaşı kişi, 168-i (34,7%) isə qadındır".

3
Xalq artisti Arif Babayev, arxiv şəkli

Xalq artisti koronavirusa yoluxub

4
Gültəkin xanım: "Qanını yoxladılar, pozitiv çıxıb. Mən qripəm, məndə neqativ çıxıb, amma o məndən daha gümrahdır. Müalicəsi evdə davam edir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev koronavirusa yoluxub.

Bununla bağlı Sputnik Azərbaycan-a məlumat verən Arif Babayevin həyat yoldaşı Gültəkin Babayeva bildirib ki, sənətkarın vəziyyəti stabildir: "Bildiyiniz kimi, Arif Babayev bir müddət öncə insult keçirib. Ona görə də vaxtaşırı Mərkəzi klinik xəstəxanaya müayinəyə gedirik. Qanını yoxladılar, pozitiv çıxıb. Mən qripəm, məndə neqativ çıxıb, amma o məndən daha gümrahdır. Müalicəsi evdə davam edir" .

Məlumat üçün bildirək ki, Arif Babayev XX əsrin ikinci yarısından etibarən Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

O, müxtəlif illərdə "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti", "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı və "Şərəf" ordeni ilə təltif olunub.

4
Teqlər:
xalq artisti, Koronavirus, yoluxma, Arif Babayev