Dövlət Sosial müdafiə fondu

Pensiyaların orta aylıq məbləği artırılıb

3757
(Yenilənib 14:38 10.04.2018)
Cari ilin ilk rübündə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində 10,50 faiz artım qeydə alınıb

BAKI, 10 aprel — Sputnik. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar kursunun uğurlu nəticələri, xüsusilə qeyri-neft iqtisadiyyatında ardıcıl artım tempinin özünü göstərməsi respublikamızın müasir standartlara cavab verən və vahid prinsiplər əsasında fəaliyyət göstərən sığorta-pensiya sisteminin inkişafı istiqamətində də növbəti nailiyyətlərin əldə olunması ilə müşahidə olunur. 2018-ci ilin birinci rübündə də bu müsbət tendensiya davam edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a açıqlama verilib. Bildirilib ki, cari ilin yanvar-mart aylarında ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 999,85 milyon manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,50 faiz və ya 95,01 milyon manat artıb: "O cümlədən, Fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 9,61 faiz artaraq 507,85 milyon manat təşkil edib. Həmin daxilolmaların 63,8 faizi və ya 324,18 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da ötən ilin birinci rübünə nisbətən 10,03 faiz və ya 29,54 milyon manat çox olmaqla proqnozun 102,1 faiz icra edildiyini göstərir".

"2018-ci ilin birinci rübündə işsizlikdən sığorta haqları üzrə gəlirlər isə 15,5 milyon manat təşkil edib. İşləyən əhalinin sosial müdafiə hüquqlarının formalaşmasına əsas yaradan fərdi uçot sistemində iştiraka marağın artması həmin sistemdə fərdi şəxsi hesabı olanların sayının cari ildə də artmasını şərtləndirib. Bunun əyani təsdiqi olaraq, 2018-ci ilin 01 aprel tarixinə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 443 760 nəfər) ilə müqayisədə 164 212 nəfər və ya 4,8 faiz artaraq 3 607 972 nəfərə çatıb" — məlumatda bildirilir.

Əlavə olunub ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində özünü göstərən artım dinamikası cari ilin ötən dövründə də hər ay üzrə pensiyaların elə həmin ay daxilində, hətta Novruz bayramının keçirildiyi mart ayında bu ödənişlərin vaxtından daha tez olmaqla bayrama qədərki dövrdə maliyyələşdirilməsinə imkan verib.

"Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən 2018-ci ilin 1 yanvar tarixinə əmək pensiyasının minimum məbləği, bütün növ əmək pensiyalarının sığorta hissəsi və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri 2017-ci il ölkə üzrə orta aylıq nominal əməkhaqqının 5,7 faiz illik artım tempinə uyğun olaraq indeksləşdirilib. Əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 236 min nəfərinə və ya 94 faizinə şamil olunmaqla, 2018-ci ilin fevral ayının pensiyalarının ödənişi onların yanvar və fevral aylarındakı artımları ilə birlikdə həyata keçirilib" — ƏƏSMN bəyan edibr

"Beləliklə, ötən dövrdə olduğu kimi, cari ildə də əmək pensiyalarında artım tempi davam edərək, pensiyaların orta aylıq məbləği cari ilin əvvəlindəki 208,36 manatdan 2018-ci il 01 aprel tarixinə 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata yüksəlib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən pensiyaların orta aylıq məbləğinin 8,8 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 9,27 faiz artdığını göstərir. Qeyd edək ki, 01 aprel 2018-ci il vəziyyətinə ölkəmizdə 1 milyon 313 min nəfər və ya ölkə əhalisinin 13,3 %-i əmək pensiyası alır. Onlardan 58,8 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,7 faizi isə əlilliyə görə pensiya alanlardır. Hazırda ölkədə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə (525,6 manat) nisbəti 46,5 % təşkil edir" — deyə nazirliyin məlumatında vurğulanır.

3757
Teqlər:
DSMF, gəlir, Dövlət Sosial Müdafiə Fondu, islahat, ƏƏSMN, faiz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan, manat
Əlaqədar
Pensiyaçıların gözlədiyi şad xəbər
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
Təqaüdçülərə pensiyalarla bağlı müjdə
Pensiyaların neçə faiz artdığı açıqlanıb
Bakı məktəblərin birində, arxiv şəkli

Müəllimlərə güzəşt ediləcək

0
(Yenilənib 19:31 02.06.2020)
Öhdəsində 7 yaşına qədər uşaqlara, yaşlılara və tibbi yardıma ehtiyacı olanlara qulluq edən müəllimlər işə gəlməyə bilərlər

 

BAKI, 2 iyun — Sputnik. Martın 2-dən ölkə ərazisində tədris dayandırılıb. Bu dayandırılma tədris ilinin sonuna qədər davam edir".

Sputnik Azərbaycan xəbər verir ki, məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda məktəblərdə qiymətləndirmə prosesinin necə olacağı hamını maraqlandırır: "Mayın 22-də müvafiq təlimat məktubu hazırlanıb və bütün məktəblərə göndərilib. Burada daha çox məktəbdaxili qiymətləndirmənin necə aparılması qeyd edilib. Məktəbdaxili qiymətləndirmənin bütün siniflər üzrə hansı formada aparılması barədə dəqiq yazılıb. Bu zaman ikinci zərurət odur ki, məktəbə getmək necə olmalıdır? Şagirdlərin sinifdən-sinfə keçməsi üçün qərar olmalıdır. Xüsusi karantin rejimi başa çatmadığına, kütləvi tədbirlər tövsiyə edilmədiyinə görə zərurət yarandı ki, təlimati məktub hazırlansın. Bu məktub tədris ilinin başa vurulması və zəruri tədbirlərlə bağlıdır. Burada bənd-bənd qeyd edilib.

Birinci bənd ümumtəhsil müəssisələrində işçilərin işə çağırılması ilə bağlıdır. Öhdəsində 7 yaşına qədər uşaqlara, yaşlılara və tibbi yardıma ehtiyacı olanlara qulluq edən şəxslərin işə gəlməyi istisna edilir.

İkinci kateqoriya yaşı 65-dən yuxarı olan əməkdaşlardır. Bu kateqoriyadan olan şəxslər ən böyük risk qrupuna daxildirlər.

Üçüncü kateqoriya Bakıda çalışan, başqa regionda yaşayan müəllimlərə aiddir. Yəni, yaşadığı yerdən kənarda yaşayan müəllimlərə də güzəşt olunur".

0
Əlaqədar
Dərslərlə bağlı sərəncam verildi
Müəllimlərə daha çox ehtiyac duyulan şəhər və rayonlar bəlli oldu
Ey hörmətli müəllim, hər kənddə, hər şəhərdə meyvələrin olsa da, evin yoxdur
Bu nazirlik qəbulu iyunun 15-dək dayandırdı
Bəzi müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər
Avtobusda maska taxmış şəxs, arxiv şəkli

Avtobuslarda "dədə-baba" üsulunu iyunun 15-dək götürə bilərlər

4
(Yenilənib 19:27 02.06.2020)
"Əgər qeyd edildiyi kimi sərnişinlərimizi narahat edən məqam varsa, buna uyğun qərar qəbul ediləcək".

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. Bu gündən tibbi maska taxmayan vətəndaşlar cərimə olunacaqlar. Tibbi maskanın istifadə edilməsi məcburi olan yerlərdən biri də ictimai nəqliyyatdır. Havaların isindiyini, üstəlik tibbi maskadan istifadənin avtobuslarda məcburi olduğunu nəzərə alsaq, bu, yay aylarında sərnişinlər üçün müəyyən çətinliklər yaradacaq. Bəs görəsən, tibbi maskadan avtobuslarda istifadə məcburi olduğu halda kondisioner sistemi vaxtından əvvəl işə salına bilərmi?

Sputnik Azərbaycan-ın bu sorğusuna Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev belə cavab verib: "Adətən sərinləndirmə sistemləri yay mövsümü başlayan zaman, yəni 15 iyundan etibarən işə salınır. Amma buna qədər havanın temperatur göstəriciləri nəzərə alınmaqla işə salınması mümkündür. Əvvəlki illərdə belə bir təcrübə olub. İndiki halda isə məlum olduğu kimi bir neçə müddətdir havalar sərin keçir. Belə olan halda pencərələri açıq saxlamaqla havalandırmanı təmin etmək mümkündür. Həmçinin, əgər qeyd edildiyi kimi sərnişinlərimizi narahat edən məqam varsa, buna uyğun qərar qəbul ediləcək. Avtobuslardakı sərinləndirmə və isitmə sistemləri sərnişinlərimizin rahatlığı üçündür. Buna zərurət olacaqsa, işə salınacaq".

4
Əlaqədar
Paytaxtda daha bir marşrut xətti “BakuBus”a verilib
Sükan arxasında siqaret çəkən avtobus sürücülərinin sayı açıqlandı
"Daewoo" avtobuslarını xətdən çıxardılar, əvəzinə 12 metrlik işləyəcək
Maska taxmayanlara agentlikdən "sürpriz"
Bakıda ekspress marşrutlar dayandırılır
ABŞ Prezidenti Donald Tramp

"O bizim tariximizdə ən böyük təhdiddir" Trampı sərt tənqid etdilər

0
(Yenilənib 19:34 02.06.2020)
" Tramp əksini edib – öz vətəndaş hüquqlarının qorunmasını tələb edən vətəndaşlara qarşı qoşun yeritdi"

BAKI, 2 iyun — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Trampın iğtişaşların baş verdiyi şəhərlərdə ağır silahlara malik ordunu yerləşdirəcəyinə dair bəyanatları faşist bəyanatlarına bənzəyir. Sputnik Azərbaycan "The Washington Post"a istinadən xəbər verir ki, bu müqayisəni Oreqon ştatının senatoru, Demokrat partiyasının üzvü Ronald Li Uayden aparıb.

Nümayəndələr palatasının Kentukkidən olan üzvü Con Yarmut hesab edir ki, bununla da Tramp milyonlarla amerikalıya və ABŞ konstitusiyasının birinci düzəlişinə müharibə elan edib: "O, bizim tariximizdə ən böyük təhdiddir".

Demokratlar partiyasından olan konqresmen Co Nequs isə xatırladıb ki, 1957-ci ildə ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauer seqreqasiya ilə mübarizə və vətəndaş haqlarının qorunması üçün qoşunlar yeritmişdi. Onun sözlərinə görə, Tramp əksini edib – öz vətəndaş hüquqlarının qorunmasını tələb edən vətəndaşlara qarşı qoşunları hərəkətə gətirib.

Qeyd edək ki, ABŞ-ı sarsıdan iğtişaşlar dalğası Minneapolisdə afroamerikalı Corc Floydun polisin əli ilə öldürülməsindən sonra başlayıb.

Ümumilikdə, Los-Anceles, San-Fransisko, Beverli-Hills, Çikaqo, Orlando, Atlanta, Denver, Qərbi Hollivud və başqaları da daxil olmaqla Amerikanın 40-dan çox şəhəri öz ərazisində komendant saatı tətbiq edib.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Demokrat Partiyasından olan qubernatorları və merləri vəziyyətin nizamlanması üçün Milli Qvardiyanı cəlb etməyə çağırıb.

0
Əlaqədar
ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir
Senator: Rusiyanın ABŞ-dakı etirazlarda iştirakı barədə deyilənlər feykdir
ABŞ Rusiyanı Minneapolis etirazlarında əli olmaqda günahlandırır
Nyu-Yorkda talan başlayıb, polis əhalini sakitləşdirə bilmir
Maykl Ceksonun bacısından azərbaycanlı ulduza dəstək