112 saylı şəhər seçki dairəsi üzrə referendum

Ən yaşlı seçici məhz bu bölgədə səs verəcək

52
(Yenilənib 02:02 10.04.2018)
Azərbaycanın ən yaşlı seçicisi 124 yaşlı Səmərqə Allahverdiyeva 94 saylı DSK-nın 30 saylı seçki məntəqəsində səs verəcək

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 10 aprel – Sputnik. 11 aprel prezident seçkilərinin başlamasına sayılı saatlar qaldı. Artıq sükut günü olmaqla namizədlərin təbliğat və təşviqatı qanunla yasaqlanıb. Qalır ertəsi gün namizədlərdən birini prezident seçmək. Seçkilərin keçirilməsi istiqamətində fəaliyyət göstərəcək komissiyalarda tam hazır vəziyyətdədir. Təşkilati-texniki məsələlər baxımından bütün işlər öz həllini tapıb.

Qarabağ bölgəsindəki dairə seçki komissiyalarında qeydə alınan uzun ömürlü seçicilərin adlarıyla, yaşlarıyla bağlı məlumatlar da maraqlı görünə bilər.  

84 saylı Füzuli  dairə seçki komissiyasının sədri Ramiz Teymurovun bildirdiyinə görə, dairə üzrə 46 min 85 seçici qeydə alınıb. Seçicilərdən 827 nəfəri ilk dəfə səs verən gənclərdir ki, onlardan da 305-nin 18 yaşı bu il tamam olub. Seçicilərin 1589 nəfəri 80-100 yaş arasında, 3 seçicinin yaşı isə 100-dən yuxarıdır. 22 saylı seçki məntəqəsində qeydə alınmış 1910-cu il təvəllüdlü Surxay Abbasov rayonun ən yaşlı seçicisidir. 

93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Şakir Əliyev bildirib ki, dairənin tərkibinə daxil olan 50 seçki məntəqəsi üzrə 43 min 681 seçici qeydə alınıb. 

94 saylı Bərdə kənd  dairə seçki komissiyasının sədri Asif Hüseynovun sözlərinə görə, dairənin tərkibinə daxil olan 54 seçki məntəqəsində 45 min 135 seçici var. Seçicilərdən 877 nəfəri ilk dəfə səs verəcək gənclərdir. 1274 seçicinin yaşı 80-100, 15 seçicinin yaşı isə 100-dən artıqdır. Azərbaycanda ən yaşlı seçici 30 saylı seçki məntəqəsində səs verəcək 124 yaşlı Allahverdiyeva Səmərqədir. 

95 saylı Tərtər seçki dairəsinin  sədri Həmid Mehdiyevin  isə bildirdiyinə görə, dairənin tərkibinə daxil olan 38 seçki məntəqəsi üzrə 38 min 38 seçici qeydə alınıb. Onlardan 132 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 1272 nəfəri 80-100 yaş arasında, 17 seçicinin yaşı isə 100-dən yuxarıdır. 14 saylı seçki məntəqəsində qeydə alınmış 119 yaşlı Sədiqə Şirinova rayonun ən yaşlı seçicisidir.

82 saylı Ağcabədi seçki dairəsinin sədri Nadir Qürbətovun bildirdiyinə əsasən, dairənin tərkibinə daxil olan 46 seçki məntəqəsi üzrə 46 min 344 seçici qeydə alınıb. Seçicilərdən 1314 nəfəri ilk dəfə səs verən gənclərdir ki, onlardan da 360-nın 18 yaşı bu il tamam olub. Seçicilərin 980 nəfəri 80-100 yaş arasında, 8 seçicinin yaşı isə 100-dən artıqdır. 24 saylı seçki məntəqəsində qeydə alınmış 1900-cu il təvəllüdlü Püstə Təhməzova rayonun ən yaşlı seçicisidir.

119 saylı Ağdam kənd  dairə seçki komissiyasından bildiriblər ki, dairənin tərkibinə daxil olan 42 seçki məntəqəsi üzrə 42 min 224 seçici qeydə alınıb. Seçicilərdən 753 nəfəri ilk dəfə səs verən gənclərdir ki, onlardan da 204-nün 18 yaşı bu il tamam olub. Seçicilərin 1295 nəfərinin yaşı 80-100, 4 seçicinin yaşı isə 100-dən artıqdır. 21 saylı seçki məntəqəsində qeydə alınmış 1902-ci il təvəllüdlü Mənzər Həsənova rayonun ən yaşlı seçicisidir. 

118 saylı Ağdam şəhər Seçki Dairəsinin katibi Mirzəyev Əsəd Əkbər oğlunun bildirdiyinə görə, dairənin tərkibinə daxil olan 46 məntəqə üzrə 39 min 903 seçici var.Seçicilərdən 729 nəfəri ilk dəfə səs verəcək gənclərdir. 3  nəfər seçicinin yaşı isə yüzdən yuxarıdır. 20 saylı seçki  məntəqəsində qeydə alınmış Baxşəliyeva Ayna Nuru qızı  118 saylı Ağdam şəhər Seçki Dairəsinin ən yaşlı seçicisidir.

52