CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan media holdinqi Türkiyədə kanal açır?

© Sputnik / Anar MustafayevTeleviziya pultu, arxiv şəkli
Televiziya pultu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni xəbər kanalının adı TR24 olacaq və NTV, CNN Türk, Habertürk kimi kanallarla rəqabətə girəcək

BAKI, 8 aprel — Sputnik. Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən "Global Media" Türkiyədə xəbər telekanalı açır.

Televiziya - Sputnik Azərbaycan
ANS-i hansı telekanal əvəz edəcək?

Sputnik Azərbaycan virtualaz.org-a istinadla xəbər verir ki, Türkiyə telekanalları şirkətin İstanbulda "Cine 5" və "Kanal 6" telekanallarının ofisinin yerləşdiyi binada 3 aydır intensiv hazırlıq işləri aparıdığını biliriblər. Bina son texnologiya əsasında tamamilə yenilənib. Türkiyə mənbələri "Global Media" şirkətinin 8 televiziya kanalına, 4 internet portala və 2 qəzetə nəzarət etdiyini bildirir.

Xəbərə görə media qrupu Türkiyədə uzunmüddətli biznes qurmağı planlaşdırır və yeni açacağı telekanala məşhur aparıcıları, jurnalistləri cəlb etməyə hazırlaşır. Şirkətin yaxın günlərdə kadrları cəlb etmək üçün danışıqlara başlayacağı bildirilir.

Yeni açılacaq xəbər kanalının adı TR24 olacaq və NTV, CNN Türk, Habertürk kimi aparıcı xəbər kanalları ilə rəqabətə girəcək.

İnternet mənbələrində göstərilir ki, "Global Media" 2001-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətdir. 2007-ci ildə şirkət Azərbaycanda rəqəmsal yayım və çap biznesi sahəsində fəaliyyətə başlayıb. Habelə Türkiyədə serial biznesinə girib. Tərkibində sərgi və reklam biznesi ilə məşğul olan "AzExpo" LLC, çap biznesi ilə məşğul olan "Global Print" şirkətləri var.

Türkiyədəki qaynaqlardan virtualaz.org-a məlum olub ki, "Global Media" qrupu bu ölkədə açmağa hazırlaşdığı xəbər telekanalı üçün indiyə qədər azı 4 milyon dollar xərcləyib, daha bir neçə milyon dollar da xərclənməsi nəzərdə tutulur.

Türkiyənin media sektoru reklam bolluğuna görə gəlirli biznes sahəsi hesab edilir. Lakin Azərbaycan şirkətinin bu sektorda rəqabətə nə dərəcədə davam gətirəcəyi hələ məlum deyil. 

Xəbər lenti
0