Fəhlə

Sumqayıtda fəhlə binadan yıxılıb

57
(Yenilənib 00:08 08.04.2018)
Hazırda zərərçəkmişin vəziyyəti orta-ağır qiymətləndirilir

BAKI, 7 aprel — Sputnik. Sumqayıt şəhərində istehsalatda bədbəxt hadisə baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, 1970-ci il təvəllüdlü yerli sakin Rüstəmov Saleh Novruzəli oğlu Yaşıldərə yaşayış massivində fəhlə işlədiyi binanın ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Yaralı dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Fəhlə müayinə olunaraq əməliyyat edilib. Hazırda zərərçəkmişin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

57
Teqlər:
bina, yıxılma, fəhlə, Sumqayıt