CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsanlıq dramı: Rus futbolçunun xanımı azərbaycanlı qadına sahib çıxır

© Photo : Instagram / mariapoga_Mariya Poqrebnyak (solda), Nərmin və həkim Alyona Kutaliya
Mariya Poqrebnyak (solda), Nərmin və həkim Alyona Kutaliya - Sputnik Azərbaycan
Abunə olmaq
Qadının sözlərinə görə, o, Moskvanın ən yaxşı plastik cərrahlarını konsiliuma dəvət edib

BAKI, 7 aprel — Sputnik. Məşhur rusiyalı futbolçunun xanımı üzü yanmış azərbaycanlı qadına kömək edəcək.

Belə ki, futbolçu Pavel Poqrebnykanın həyat yoldaşı Mariya Poqrebnyak üzü yanmış azərbaycanlı Nərminə kömək məqsədilə plastik cərraha müraciət edib. İndi azərbaycanlı qadının taleyini həll edəcək konsilium keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, futbolçunun həyat yoldaşı öz Instagram səhifəsinə Nərminlə fotosunu yerləşdirib.

Qadının sözlərinə görə, o, Moskvanın ən yaxşı plastik cərrahlarının konsiliumunda iştirak edib. O, cərrahların gənc azərbaycanlı qadının gözəlliyini geri qaytarmaq üçün plastik əməliyyat məsuliyyətini üzərinə götürməkdən imtina etməsinə təəccüb edib.

"İnsanlar, özünüzə gəlin! Biz sinəmizə implant qoyuruq, burunu sındırıb düzəldirik, yağları çəkirik, qabırğaları çıxarırıq. Niyə? Plastik cərrahiyə bunun üçün yaranmayıb. Biz doktor Alyona ilə qərara aldıq ki, bu məsuliyyəti üzərimizə götürək və bu qıza "hə" deyək" – Mariya Poqrebnyak yazıb.

Карета скорой помощи в Баку - Sputnik Azərbaycan
HADİSƏ
Gəncə şəhərində qadın yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

O qeyd edib ki, stomatoloqdan tutmuş plastik cərraha qədər Nərmin üçün böyük həcmli iş tələb olunur.

Poqrebnyak qərara alıb ki, əməliyyat üçün pul yığmasın, əvəzində isə aprelin 22-23-də qıza kömək edə biləcək həkimləri konsiliuma dəvət etsin.

Qeyd edək ki, Nərmin stilist Anar Ağakişiyevin layihəsində iştirak edəndən sonra məşhurlaşıb.

Onun iştirakı ilə çəkilmiş videoya 5 milyon baxış olub. Bundan sonra çox adam qıza kömək etmək üçün müraciət edib.

Xəbər lenti
0