CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin nəzərinə: Bu yollar bağlı olacaq

© Photo : AAY DA mətbuat xidmətiQaradağ rayonu Lökbatan qəsəbəsinin 28 may küçəsindən giriş hissəsində təmir işləri
Qaradağ rayonu Lökbatan qəsəbəsinin 28 may küçəsindən giriş hissəsində təmir işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərə alternativ yollardan istifadə edilmələri məsləhət görülür

BAKI, 7 aprel — Sputnik. Aparılan təmir işləri ilə əlaqədar bu gecə iki ərazidə hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.

Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, məhdudlaşdırma qısa müddətlik Nərimanov rayonu Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində, həmçinin Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun Lökbatan qəsəbəsi istiqamətindən tətbiq ediləcək.

Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan sitifadə etmələri tövsiyə olunur.

Xəbər lenti
0