CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident fərmanına dəyişiklik edildi, tələblər sərtləşdirildi

Abunə olmaq
Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"nin tələbləri sərtləşdirilib

BAKI, 6 aprel — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, yeni fərmanla "Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"nin tələbləri sərtləşdirilib.

Müqavilə imzalayan adam, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi icra hakimiyyəti orqanının ləğvinə hazırlıq gedir, ilk addım atıldı

Dəyişikliyə əsasən, yerli icra hakimiyyəti orqanının Apellyasiya Şurasının qərarları, digər hərəkət və hərəkətsizliyi barədə şikayət üzrə sənədlərin (materialların) Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Katibliyinə təqdim edilməsinə dair yazılı və ya şifahi sorğu daxil olduqda, yerli icra hakimiyyəti orqanının Apellyasiya Şurasının Katibliyi tələb olunan sənədləri, o cümlədən Apellyasiya Şurasında baxılmış şikayəti, Apellyasiya Şurasının qərarını, iclasının protokolunu, videoçəkilişini, üzvlərinin rəylərini, şikayət üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olub-olmaması, yerli icra hakimiyyəti orqanının və ya onun Apellyasiya Şurasının qərarından, digər hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilib-verilməməsi, cinayət təqibi, inzibati xətalara dair işlər üzrə icraatın olub-olmaması barədə məlumatları, digər sənədləri (materialları) elektron qaydada (skan edilmiş şəkildə) 5 iş günündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Katibliyinə təqdim etməlidir. Bu sorğunun vaxtında yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının fəaliyyətinə maneə kimi qiymətləndirilir.

Sənədə əsasən, yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuraları baxılan şikayətlərin uçotunu aparmalı, onları təhlil etməli, ümumiləşdirməli və ildə iki dəfə (iyul ayının 15-dək və yanvar ayının 15-dək) yerli icra hakimiyyəti orqanının başçısına və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına yarımillik və illik arayışlar (hesabatlar) təqdim etməlidir.

Xəbər lenti
0