CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evlilik təklifi edən gəncə qızın atası belə mane oldu

© Photo : Instagram / ab_13Levi Bliss və Allison Barron
Levi Bliss və Allison Barron - Sputnik Azərbaycan
Abunə olmaq
Atasının israrına baxmayaraq, Allison evlilik təklifinə "hə" cavabı verib.

BAKI, 6 aprel — Sputnik. ABŞ-ın Nevada ştatında maraqlı hadisə baş verib. Evlilik təklifi alan qıza atası mane olmaq istəyib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, Levi Bliss və Allison Barron iki ildir sevgilidirlər. Onlar nəhayət, evlənmək qərarına gəliblər. Bu münasibətlə Levi çöldə sevgilisi Allisona evlilik təklifi edib. Oğlan qızın qarşısında diz çökərək onunla evlənmək istədiyini bildirib. Bu zaman təpədə dayanan Allisonun atası əlində "Yox de" yazılan kağızı qızına göstərərək onun bu evliliyə razı olmamasını istəyib. Atasının israrına baxmayaraq, Allison evlilik təklifinə "hə" cavabı verib.

© Photo : Instagram / ab_13Nə qədər qeyri-ciddi bir hərəkət təsiri bağışlasa da, amma təpənin başında duran Allisonun atasıdır
Nə qədər qeyri-ciddi bir hərəkət təsiri bağışlasa da, amma təpənin başında duran Allisonun atasıdır - Sputnik Azərbaycan
Nə qədər qeyri-ciddi bir hərəkət təsiri bağışlasa da, amma təpənin başında duran Allisonun atasıdır

Allison atasının bu hərəkəti ilə bağlı deyib: "Atamın xasiyyəti belədir. Ailələrimiz çox yaxındır və bir–birini çox sevirlər. Atam bizimlə zarafat edib. Bu, indiyə qədərki ən gözəl günlərimdən biri idi".

© Photo : Instagram / ab_13Yaradılan bütün süni maneələr iki gəncin böyük sevgisi qarşısında gücsüz qalıb — indi artıq Levi və Allison çox xoşbəxtdirlər
Yaradılan bütün süni maneələr iki gəncin böyük sevgisi qarşısında gücsüz qalıb — indi artıq Levi və Allison çox xoşbəxtdirlər - Sputnik Azərbaycan
Yaradılan bütün süni maneələr iki gəncin böyük sevgisi qarşısında gücsüz qalıb — indi artıq Levi və Allison çox xoşbəxtdirlər

Xəbər lenti
0