Şəxsiyyət vəsiqəsi

Şəxsiyyət vəsiqəsinə görə yeni rüsum tətbiq edilir

1499
(Yenilənib 23:56 04.04.2018)
Buna qədər 16 yaşına çatmamış uşaqlara şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum alınmırdı

BAKI, 4 aprel — Sputnik. Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumlar təsdiqlənib.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi barədə sərəncamda əksini tapıb.

Qanuna əsasən, 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat dövlət rüsumu ödəniləcək.

Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, buna qədər 16 yaşına çatmamış uşaqlara şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum alınmırdı.

1499
Teqlər:
"Dövlət rüsumu haqqında" qanun, Azərbaycan prezidenti İlham Əliyev, şəxsiyyət vəsiqəsi, rüsum, sərəncam
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Ölkəmizdə "soyuq zəncir" sistemi yaradılıb

3
(Yenilənib 12:29 16.01.2021)
Teymur Musayev bildirib ki, vaksinasiyaya görə ölkə üzrə bütün infrastruktur hazır vəziyyətdədir

BAKI, 16 yanvar — Sputnik. Vaksinlərin ölkə üzrə saxlama məntəqələri qurulub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib. O bildirib ki, bu istiqamətdə ölkə üzrə bütün infrastruktur hazır vəziyyətdədir. Bunun üçün bütün bölgələrdə peyvəndlərin saxlanılması üçün soyuq zəncir sistemi yaradılıb. Nazirlik rəsmisinin sözlərinə görə, Şuşada da vaksinlərin saxlanması üçün bu cür məntəqə qurulur”.

3
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya

Kəlbəcər rayonunun Hacıkənd kəndi - VİDEO

4
(Yenilənib 12:30 16.01.2021)
Kəlbəcər rayonu noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 25-də erməni işğalından azad olunub.

BAKI, 16 yanvar - Sputnik. Kəlbəcər rayonunun Hacıkənd kəndindən videogörüntülər yayılıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən videogörüntüləri təqdim edir. Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.

Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Kəlbəcər rayonu noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 25-də erməni işğalından azad olunub.

4
Teqlər:
işğaldan azad edilmiş ərazilər, kənd, Azərbaycan, Qarabağ, Kəlbəcər