İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev BNA ilə bağlı vacib fərman imzaladı

444
(Yenilənib 21:02 02.04.2018)
Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq edilib

BAKI, 2 aprel — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq edilib.

Bakı Nəqliyyat Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

illik maliyyə hesabatlarının təsdiq edilməsi;

icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edin əqdin bağlanmasına razılıq verilməsi;

Agentliyin yenidən təşkil və ləğv edilməsi;

Agentliyə:

inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

strukturunun təsdiqi.

Müəyyən edilib ki, Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1.000.000 (bir milyon) manat təşkil edir; Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılır. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Fərmanla Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin balansında olan əmlak Agentliyin balansına verilir; “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Bakı Nəqliyyat Agentliyinin balansına verilən müəssisələrin siyahısı” təsdiq edilir.

Fərmanla əlaqədar Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müvafiq tapşırıqlar verilib.

444
Teqlər:
Nizamnamə, fərman, BNA, Azərbaycan prezidenti İlham Əliyev
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

90
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

90
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb

4
(Yenilənib 23:53 05.08.2020)
Son 4 gün ərzində aktiv xəstələrin sayı 5 229-dan düşərək, hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

BAKI, 5 avqust – Sputnik. Avqustun 5-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 883 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 759 229-a çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

Avqustun 1-də isə aktiv xəstə sayı 5 229-a bərabər idi.

Xəstələrdən 255 nəfəri reanimasiyadadır ki, onlardan da 51-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, avqustun 5-də Azərbaycanda koronavirus infeksiyasına daha 193 yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

4
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər