Qumbara

Xırdalanda ağlasığmaz hadisə: Basqın etdiyi mağazaya qumbara atdı

50
(Yenilənib 20:32 02.04.2018)
Abşeron rayonunda əl qumbarasından istifadə edilməklə quldurluq baş verib

BAKI, 2 aprel — Sputnik. Martın 31-dən aprelin 1-nə keçən gecə Abşeron rayonunda əl qumbarasından istifadə edilməklə quldurluq hadisəsi törədilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Hadisə Xırdalan şəhərində baş verib. Aprelin 1-də gecə saat 2 radələrində Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsinə müraciət edən vətəndaş mağazasında ona qarşı quldurluq edilməsi barədə məlumat verib. Dərhal Xirdalan şəhərində hadisə baş verən ünvana gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Araşdırmalarla müəyyən edilib ki, gecə vaxtı R.Kazımova məxsus mağazaya gəlmiş naməlum şəxs ondan pul və tütün məmulatı (siqaret) tələb edib. İstədiyinə nail olmadıqda isə onu cibindən çıxardığı qumbara ilə hədələyib. Lakin mağaza sahibi müqavimət göstərdiyindən həmin şəxs qumbaranı ataraq aradan çıxıb. Xoşbəxtlikdən qumbara partlamayıb.

"RQD-5" markalı qumbara polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib və "isti izlər"lə saxlanılıb. Araşdırma zamanı onun Xırdalan şəhər sakini Tofiq Şirinov olduğu müəyyən edilib.

Faktla bağlı Abşeron RPİ-də AR Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

50
Teqlər:
polis, mağaza, basqın, qumbara