CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ciddi təhlükə ilə bağlı əhaliyə xəbərdarlıq edildi

CC0 / Heamer / marketƏrzaq dükanı - supermarket, arxiv şəkli
Ərzaq dükanı - supermarket, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycana ixracı ehtimal olunan 119 adda istehsalçıya məxsus məhsulların siyahısı hazırlanıb

BAKI, 2 aprel — Sputnik. Türkiyənin Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyi (Gıda, Tarım ve Hayvancılık Bakanlığı) Türkiyə ərazisində istehsal olunan qida məhsulları ilə bağlı araşdırma aparıb. Aparılan araşdırmaya əsasən, 173 istehsalçıya məxsus 282 adda məhsulda tərkibində insan həyatı və sağlamlığı üçün təhlükə yarada bilən, etiketlənməsində qeyd olunmayan qida və qida əlavələri aşkarlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin məhsulların siyahısına baxış keçirilib və Türkiyədən Azərbaycana ixracı ehtimal olunan 119 adda istehsalçıya məxsus məhsulların siyahısı hazırlanıb.

Siyahıda qeyd olunan qida məhsullarının 17 növü ət və ət məhsullarına, 40 növü süd və süd məhsullarına, 15 növü bal məhsullarına, 40 növü bitki yağlarına, 1 növü çay məhsuluna, 1 növü ədviyyat məhsuluna, 4 növü şokolad məhsuluna, 4 növü spirtsiz içkilərə, 1 növü enerji içkilərinə, 13 növü isə qida əlavələrinə aiddir.

Supermarket - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkəyə gətirilən qida məhsullarına Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Müfəttişliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətlərinə müvafiq sorğular göndərib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalini siyahıda yer alan qida məhsullarını almamağa çağırır. Agentlik vətəndaşların nəzərinə çatdırır ki, bu qida məhsulları ilə rastlaşdıqda həmin qida məhsullarının nümunəsini və qida məhsulunun əldə olunduğu satış nöqtəsinin adı və ünvanı daxil olmaqla, Agentliyin (012) 377-00-77 telefon nömrəsinə zəng vurmaqla, yaxud rəsmi müraciət etməklə bildirsinlər.

Qeyd edək ki, siyahı ilə ətraflı keçiddən tanış ola bilərsiniz.

Xəbər lenti
0