CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İmtahanların nəticəsi 3 günə açıqlanacaq

© Photo : REPORTСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur

BAKI, 2 aprel — Sputnik. 1 aprel 2018-ci il tarixində keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri) istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

1 aprel 2018-ci il tarixində keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları ilə DİM-in saytından tanış ola bilərsiniz.

Qeyd edək ki, hal-hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

Xəbər lenti
0