Lənkəranda 6 nəfərin öldüyü qəza

Lənkərandakı qəzada ölən 6 nəfərin adı bilindi - FOTO

723
(Yenilənib 21:38 31.03.2018)
FHN-in xilasediciləri meyitləri deformasiyaya avtomobildən kəsərək çıxarıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Lənkəranda dəhşətli avtomobil qəzasında ölənlərin sayı 6 nəfərə çatıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, baş verən ağır yol qəzasında ölənlərin adları da məlum olub.

Ölənlər Faiq Aslanov, Namiq Aslanov, Fikrət Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanovadır. Qəzada həlak olanların hamısı "Mitsubishi" markalı minik avtomobilinin sərnişinləri olub. Ölən şəxslərin meyitləri FHN-in xilasediciləri tərəfindən deformasiyaya uğrayan avtomobildən kəsilərək çıxardılıb.

"Mitsubishi"də olan 7 yaşlı Aslanov Ülvi Faiq oğlu ağır yaralı vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda o reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır. "Shagman"ın sürücüsü olan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Cəfərov Natiq Təvəkkül oğlunun vəziyyəti isə qənaətbəxşdir.

Qeyd edək ki, "Mitsubishi"də olanların hamısı qohum olublar.

  • Lənkəranda 6 nəfərin öldüyü qəza
    Lənkəranda 6 nəfərin öldüyü qəza
    © Sputnik / Rahim Zakiroğlu
  • Lənkəranda 6 nəfərin öldüyü qəza
    Lənkəranda 6 nəfərin öldüyü qəza
    © Sputnik / Rahim Zakiroğlu
  • Lənkəranda 6 nəfərin öldüyü qəza
    Lənkəranda 6 nəfərin öldüyü qəza
    © Sputnik / Rahim Zakiroğlu
1 / 3
© Sputnik / Rahim Zakiroğlu
Lənkəranda 6 nəfərin öldüyü qəza

Xatırladaq ki, qəza bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun Lənkəran rayonu Gərmətük kəndi ərazisindən keçən hissəsində baş verib. 99-BJ-224 dövlət nömrə nişanlı "Shagman" markalı yük maşını ilə 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi Pajero-İO" markalı minik avtomobili toqquşub.

Hazırda qəzanın baş verməsi səbəbləri araşdırılır.    

723
Teqlər:
ölüm, Lənkəran, faciə, qəza
Əlaqədar
Lənkəranda dəhşətli qəza: Bir maşında 5 nəfər öldü