Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov

Prezidentin köməkçisi: "Qaralama kampaniyası məğlubiyyətə düçardır"

77
(Yenilənib 11:48 30.03.2018)
Əli Həsənov: "Xaricdə oturan bu şəbəkələr Azərbaycan ziyalılarının mövqeyindən narahat olmağa başlayıblar"

BAKI, 30 mart — Sputnik. "Dövlətlərin gücü təkcə onların iqtisadi, siyasi gücü ilə deyil, eyni zamanda milli elitanın fəallığı ilə ölçülür".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi" mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O bildirib ki, son zamanlar xarici düşərgələrdə gizlənmiş bir qrup şəxs Azərbaycan əleyhinə çirkin qaralama kampaniyası aparır: "Azərbaycan hakimiyyəti sosial şəbəkələrdə mövcuddur. Azərbaycanın məmur ordusu sosial şəbəkələrdə onların fəaliyyətinə yönəlmiş ittihamlara münasibət bildirir və bundan kənar dura bilməzlər".

"Xaricdə oturan bu şəbəkələr Azərbaycan ziyalılarının mövqeyindən narahat olmağa başlayıblar. Ona görə də onların çirkin, məkrli fəaliyyəti daha da aqressivləşib. Hər kəs öz mədəni səviyyəsinə uyğun olaraq bu hadisələrə münasibət bildirir. Milli elitanın dəstəkləmədiyi bu cür çirkab dolu qaralama kampaniyası məğlubiyyətə düçardır. Azərbaycan cəmiyyətinin müəyyən dəyərləri var. Cəmiyyətimiz bu cür qaralama kampaniyasına münasibətini bildirməlidir", — Ə.Həsənov bildirib.

77
Teqlər:
internet mediada, dövlət, Mətbuat Şurası, Əli Həsənov
Əlaqədar
Bu ölkədə söyüş söymək qadağan edildi
Azər Həsrət: “Onlayn mediaya dövlət dəstəyi vacibdir”
Əli Həsənov: “Müqaviməti ilk olaraq media göstərməlidir"