Sənədin imzalanması

Notariusa işi düşənlər tələsməsinlər - Səbəb

230
(Yenilənib 01:57 30.03.2018)
Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata dəyişikliklər edilib

BAKI, 30 mart — Sputnik. Nazirlər Kabineti "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"a dəyişikliklər edib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən notariat hərəkətlərinin aparılmasından əvvəl notarius "Elektron notariat" informasiya sistemi vasitəsilə əqdlərin, o cümlədən etibarnamələrin və vəsiyyətnamələrin, layihələrinin hazırlanması, təsdiqi və ya ləğv edilməsi, habelə vərəsəlik işinin açılıb-açılmaması, mülkiyyət və vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilib-verilməməsi barədə müvafiq məlumatları yoxlamalıdır.

Digər dəyişikliyə görə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən notariusların notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün lazım olan məlumat və sənədləri idarələrdən, müəssisələrdən və təşkilatlardan tələb etmək, elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə etmək, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin, eləcə də dövlət torpaq kadastrının məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı və ya elektron sorğular vermək hüququ var. Notarius tərəfindən elektron informasiya sistemləri vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surəti kağız daşıyıcısına keçirilərək təsdiq edilməlidir. 

230
Əlaqədar
Bakıdakı bütün notariat kontorlarının fəaliyyəti dayandırıldı
Xəstəxana, arxiv şəkli

Tibb bacıları da COVID-19 xəstələrinin ağırlaşmasına səbəb olurlar - Nazirlik rəsmisi

2
(Yenilənib 14:14 22.04.2021)
"Tibb bacıları xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirə bilmədən, yanaşı xəstəliklərini nəzərə almadan əsassız yerə göstəriş olmayan müxtəlif preparatları xəstələrə vururlar ki, bu da ağırlaşmalara səbəb olur" - Vüqar Cavadzadə.

BAKI, 22 aprel — Sputnik. Səhiyyə Nazirliyinin mütəxəssisi COVID-19 infeksiyasına qarşı evdə müalicə prosesinə aydınlıq gətirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə bununla bağlı müsahibə verib.

Sputnik Azərbaycan nazirlik mütəxəssisisnin müsahibəsini təqdim edir:

- Test nəticəsi pozitiv çıxan vətəndaşlar hansı şərtlərdə evdə müalicə oluna bilərlər?

- Öncə onu qeyd edim ki, PZR testi (polimeraz zəncir reaksiyası) pozitiv olan şəxslər 2 həftə müddətində ev şəraitində özlərini təcrid etməlidirlər. Özünü təcrid etməklə onlar ətrafda olan insanları virusa yoluxdurmur, eyni zamanda xəstəlik inkişaf edərsə, onun ağırlaşmasının qarşısını alınır.

Xəstəliyi simptomsuz (klinik əlaməti olmayan) keçirən xəstələr də ev şəraitində həkim nəzarətində olmalıdırlar. Testi pozitiv çıxan, lakin heç bir klinik laborator dəyişikliyi olmayan şəxslərə müalicə təyin edilmir.

- Evdə müalicə müddəti neçə gündür?

- Hər bir xəstəyə fərdi yanaşılmalıdır. Xəstənin yaşı, yanaşı xəstəliyi, xəstəliyin ağırlıq dərəcəsi və s. kimi şərtlər mütləq nəzərə alınmalıdır. Xəstəliyin ağırlıq dərəcəsindən, yanaşı xəstəliklərdən aslı olaraq müalicə müddəti dəyişilə bilər. Orta hesabla müalicə müddəti 2 həftədir. Ağırlaşmış xəstələrdə bu müddət uzana bilər. Qeyd etdiyim kimi, xəstəliyi simptomsuz keçirən şəxslərə heç bir müalicə təyin edilmir. Bu şəxslər yalnız özlərini ev şəraitində 2 həftə təcrid etməlidirlər. Xəstəliyi yüngül keçirənlərə 10-14 gün müddətində yalnız tərkibi vitaminlər və minerallarla zəngin olan polivitaminlər təyin edilə bilər. Xəstəliyi yüngül və orta ağır keçirən şəxslər gün ərzində bol maye qəbul etməli, kifayət qədər vitamin və zülalla zəngin qidalarla qidalanmalıdırlar.

Xəstəliyi ağır keçirən şəxslərinin daimi olaraq həkim nəzarəti, laborator müayinələr və oksigenə ehtiyacı olduğu üçün stasionar müalicə olunması zəruridir.

Evdə müalicə prinsiplərinə elə riayət olunmalıdır ki, sonradan xəstə ağırlaşıb xəstəxanaya düşməsin.

- Əgər evdə COVID-19-a yoluxmamış şəxslər varsa, onları qorumaq üçün nələrə diqqət etmək lazımdır?

- Evdə COVID-19-a yoluxmuş şəxs varsa, digər ailə üzvlərini qorumaq məqsədilə yoluxan şəxs digər otaqda yerləşdirilməlidir. Ailə üzvləri hamısı maska taxmalı, yoluxmuş şəxslə kontaktda olmamalı, otaqların havası tez-tez dəyişilməli, ümumi istifadədə olan mətbəx və sanitar qovşağı gündəlik dezinfeksiya edici vasitələrlə təmizlənməlidir. Evdə COVID-19-a yoluxmamış şəxslər varsa, onlar qeyd etdiyimiz tədbirlərlə yanaşı, immun sistemin zəifləməsinin qarşısını almaq məqsədilə özlərini soyuqdan qorumalı, kifayət qədər vitaminli və zülalla zəngin olan qidalar qəbul etməlidir.

-  Antibiotik istifadəsi nə zaman təyin edilir?

- Çox təəssüflə onu qeyd etmək istəyirəm ki, test nəticəsi pozitiv çıxan kimi vətəndaşlarımız müxtəlif qruplardan olan antibiotiklər qəbul edirlər. Bəzi hallarda isə zərurət olmadan ilkin olaraq ehtiyat antibiotiklərdən istifadə edilir. Onu da qeyd edim ki, hər xəstəyə antibiotik təyin edilmir. Ümumiyyətlə antibiotiklər həkim müayinəsindən sonra təyin edilməlidir.

Xəstəliyi simptomsuz və yüngül keçirən şəxslərə antibiotik təyin edilmir. Xəstəliyi orta-ağır keçirənlərə isə antibiotiklər laborator müayinələrin nəticələrinə əsasən təyin edilməlidir. Antibiotiklərin düzgün seçimi üçün antibiotikoqramma aparılmalıdır. Antibiotiklərin gündəlik dozası, təyin olunma müddəti mütləq həkim tərəfindən müəyyən edilməlidir. Bəzən antibiotiklərin təyininə zərurət olmadığı halda xəstələr uzun müddət antibiotiklər qəbul edirlər ki, bu da sonradan ağırlaşmalara səbəb olur.

- Evdə müalicədə ən çox edilən səhvlər nələrdir?

- Test nəticəsi pozitiv çıxan şəxslər evdə özlərini özbaşına müalicə etməkdənsə, öncə yaşadığı ərazidə yerləşən poliklinika həkimlərinə müraciət etməlidir.

Xəstələrin böyük əksəriyyəti bu gün şablon reseptlərdən istifadə edir, xəstəlikdən sağalan digər şəxslərin istifadə etdikləri dərmanları qəbul edirlər. Həkimə müraciət etmədən ev şəraitində özbaşına ehtiyac olmadan müxtəlif antibiotiklər, antiviral preparatlar, qan durulducu, hormonal və s. kimi preparatlar qəbul edirlər. Bir çox hallarda insanlar ehtiyac olmadığı halda günlərlə vena daxili infuziyalardan istifadə edirlər. Nəticədə xəstəliyin gedişi ev şəraitində ağırlaşır, xəstəni xəstəxanaya köçürməli olurlar.

Əhalinin böyük hissəsi düşünür ki, virusa yoluxmuş şəxslərin hamısına eyni müalicə aparılır, bütün xəstələrə eyni dərmanlar təyin edilir. Qeyd edim ki, dərmanlar həkim tərəfindən təyin ediləndə, dərmanların göstəriş və əks-göstərişləri, əlavə təsirləri mütləq nəzərə alınır.

Bəzi hallarda xəstələr həkimlərə yox, tibb bacılarına müraciət edirlər. Tibb bacıları xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirə bilmədən, yanaşı xəstəliklərini nəzərə almadan əsassız yerə göstəriş olmadan müxtəlif preparatları xəstələrə vururlar ki, bu da ağırlaşmalara səbəb olur.

- Antiviral preparatlar nə dərəcədə effektlidir?

- Bu gün apteklərdə müxtəlif antiviral preparatlar satılır. İnsanlar bəzən 3-4 antiviral preparatlar alıb qəbul edirlər. Hətta COVID-19 infeksiyasına yoluxmayan insanlar belə bu preparatları alıb qəbul edirlər ki, bu da sonradan müxtəlif fəsadlara yol açır. Ümumiyyətlə, COVID-19 infeksiyasının müalicəsində effektiv təsir göstərən hər hansı bir antiviral preparat mövcud deyil. Qısaca desək, COVID-19 infeksiyasının müalicəsində antiviral preparatların effektivliyi elmi-tədqiqatlarla sübuta yetirilməyib.

COVID-19 infeksiyası dünyada yayılmağa başlayan gündən bir sıra antiviral preparatlar tətbiq edilməyə başladı. Amma zaman keçdikdə klinik laborator nəticələr təhlil edildikdən sonra həmin preparatlar müalicədən çıxarıldı.

2
Teqlər:
tibb bacısı, Koronavirus, epidemiya, COVID-19
Baloğlan Əşrəfov, arxiv şəkli

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub

3
(Yenilənib 14:22 22.04.2021)
Qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.

 

BAKI, 22 aprel — Sputnik. Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub. Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, 69 yaşlı müğənni hazırda özünü yaxşı hiss etmədiyini bildirib: "On üç gündür beləyəm. Xəstəliyi ağır keçirirəm. Ev şəraitində müalicə olunuram. Özümü yaxşı hiss etmirəm. Təngnəfəs oluram. Çox danışa bilmirəm".

Qeyd edək ki, qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra ona Türkiyədə qaraciyər köçürülmüşdü.

3